Bölgələrdə YAP-ın namizədlərinə ictimaiyyətin dəstəyi yüksəkdir
17.10.2015 [13:29]
YAP-ın 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən deputatlığa namizədi İlham Əli Səftər oğlu Əliyevin Nərəcan kənd seçiciləri ilə görüşü keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Dünən partiya tərəfindən 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi irəli sürülən İlham Əli Səftər oğlu Əliyev ilə Nərəcan kənd seçicilərinin görüşü keçirilib. Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq rayonda görülmüş geniş quruculuq işləri haqqında məlumat verib: “Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Bu inkişafın müsbət nəticələrini rayonumuzun timsalında görmək olar. Belə ki, qısa müddət ərzində rayonda abadlıq və quruculuq işləri yüksək səviyyədə aparılıb, bir çox əhəmiyyətli obyektlər açılıb”.
N.Ağayev onu da söyləyib ki, YAP 56 saylı Xaçmaz kənd Seçki Dairəsi üzrə Milli Məclisə İlham Əli Səftər oğlu Əliyevin namizədliyini irəli sürüb: “İlham Əli Səftər oğlu Əliyev ötən 5 ildə millət vəkili olaraq rayonun problemlərinin həll olunması və seçicilərin sosial qayğılarının aradan qaldırılmasında yaxından iştirak edib. Ona görə də, bütün xaçmazlılar İlham Əli Səftər oğlu Əliyevin rayonumuzu, respublikamızı necə təmsil etdiyini çox yaxşı bilirlər. İnanıram ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirəcək, noyabrın 1-də keçiriləcək parlament seçkilərində mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qüdrətli və güclü partiya olan Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edəcəklər”.
Görüşdə seçicilərdən Əlibala Şahbazov, İsgəndər Hacıyev, Telman Təravət, Hacıağa Yəhyayev, Şirəli Orucəliyev və başqaları çıxış edərək Azərbaycanda zəngin qanunvericilik bazasının mövcud olmasından, demokratik prinsiplərə əməl olunmasından, seçkilərin indiyədək yüksək səviyyədə keçirilməsindən, irəli sürülən namizədlərin ictimaiyyət arasında geniş nüfuza, hörmətə malik olmalarından ətraflı söhbət açıblar və seçiciləri 1 noyabrda həmin namizədlərə səs verməyə dəvət ediblər.
YAP tərəfindən 56 saylı Xaçmaz kənd Seçki Dairəsindən namizədliyi irəli sürülən İlham Əli Səftər oğlu Əliyev seçicilər qarşısında çıxış edərək YAP-ın Seçki Proqramı haqqında ətraflı məlumat verib. İlham Əli Səftər oğlu Əliyev yenidən millət vəkili seçiləcəyi təqdirdə göstərilən etimadı yüksək səviyyədə doğruldacağını bildirib.
Sonda İlham Əli Səftər oğlu Əliyev seçicilərin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

