YAP Nizami və Qaradağ rayon təşkilatlarının fəal gəncləri müstəqillik gününü birgə qeyd ediblər
14.10.2016 [10:14]
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami və Qaradağ rayon təşkilatlarının fəal gənclərinin təşəbbüsü ilə silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində oktyabrın 11-də YAP Qaradağ rayon təşkilatının bir qrup gənc fəalı YAP Nizami rayon təşkilatının qonağı olub. Rayon təşkilatının qərargahında gənclərlə keçirilən görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ildönümünün hər bir azərbaycanlının böyük fəxrlə qeyd etdiyi tarixi hadisə olduğunu deyib.
Deputat bu bayramın Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini söyləyib.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov da dövlət müstəqilliyinin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini xatırladıb.
“Son on üç ildə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan misli görünməmiş inkişafa nail olub, dünyada nüfuzlu dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirilib”, - deyə Aydın Hüseynov əlavə edib.
Görüşdən sonra gənclər SOCAR Ekologiya İdarəsinin “Ekoloji park”ına ekskursiya ediblər. Orada gənclər öncə ağac əkib, sonra açıq havada gəzinti zamanı Eko-parkın tarixçəsi, yaradılma məqsədi, parkın istehsalat sahələri, infrastrukturu, quraşdırılan külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər texnologiyalarla tanış olublar. Gənclərə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilib.
Oktyabrın 13-də isə YAP Nizami rayon təşkilatının fəal gəncləri Qaradağ rayonuna səfər ediblər. Müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində misilsiz xidmətləri olan Ulu öndər Heydər Əliyevin rayonun mərkəzindəki abidəsi önünə tər güllər düzülüb, sonra Heydər Əliyev Mərkəzilə tanışlıq olub.
Daha sonra Qobustan Milli Tarix-Bədii Qoruğunda olan gənclər əvvəlcə qoruğun muzeyində nümayiş etdirilən eksponatlara baxıblar. Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan gənclər ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07

