Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının IX konfransı keçirilib
12.05.2017 [10:06]
Mayın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının IX konfransı keçirilib.
Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərindəki abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli lider Heydər Əliyevin nurlu zəkasından yaranan və cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.
YAP Biləsuvar rayon təşkilatının sədrinin hesabatından sonra nəzarət təftiş qrupunun hesabatı dinlənilib.
Daha sonra konfransda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söhbət açıblar.
Konfransda həmçinin YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Aqşin Bağırov, partiyanın rayon təşkilatı Qadınlar Şurasının sədri Ləman Yüzbaşova, 25 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xanımgül Abıyeva, Çaylı kənd ərazi ilk partiya təşkilatının sədri Rəşad Əliyev çıxış ediblər. Çıxış edənlər YAP Biləsuvar rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş hesab etdiklərini bildiriblər.
YAP Biləsuvar rayon təşkilatının IX konfransının qətnamə layihəsi oxunaraq təsdiq edilib və təşkilati məsələlər müzakirə olunub. Rayon təşkilatının 31 nəfər tərkibdə yeni Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Kamil Mirzəyev yenidən YAP Biləsuvar rayon təşkilatının sədri seçilib.
Konfransda Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının bir qrup fəal üzvünə Fəxri fərman, partiyaya yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

