Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi Binəqədi rayonunda qeyd olunub
14.11.2017 [10:31]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə Binəqədi rayonunda “Dünənin karvanı sabaha doğru” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının və YAP Binəqədi rayon təşkilatının təşəbbüsü ilə keçirilib.
Əvvəlcə iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə YAP-ın tarixinə, Ümummilli lider Heydər Əliyevin və partiyanın Sədri, Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, bütün bunlar partiyanın qurucusu Ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxışında YAP-ın keçdiyi ağır və şərəfli tarixi yola nəzər salıb. Bildirib ki, partiya təsis edildiyi illərdə ölkəmiz ciddi problemlərlə üz-üzə idi və xalqımız çox çətin günlər yaşayırdı. Lakin partiyanın yaranması və dahi şəxsiyyət Heydər Əliyevin xalqın inam və etimadı sayəsində Prezident seçilməsindən sonra Azərbaycan qüdrətlənməyə və inkişaf etməyə başladı. N.Əliyeva bu gün ölkəmizdə sosial problemlərin həllini tapdığını vurğulayıb, xalqımızın daha yaxşı yaşaması üçün dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən islahatlardan danışıb.
Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs edib. Bahar Muradova partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdiyini, xalqımızı nicat yoluna çıxardığını vurğulayıb. Bildirib ki, müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə iqtidara gəlməsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə böyük inam və etimadından qaynaqlanırdı. Xalqımız düşdüyü ağır vəziyyətdən onu xilas edə biləcək yeganə şəxsiyyətin Heydər Əliyev olduğunu bilirdi. Məhz bu səbəbdən də xalq dahi şəxsiyyətə üz tutdu. Beləliklə, xalqımızın ziyalı oğul və qızlarının təşəbbüsü və xahişi ilə Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev bu partiyaya Sədrlik etməyə başladı, daha sonra isə xalq səsverməsinin nəticəsində Prezident seçildi.
Milli Məclisin sədr müavini ölkəmizin qazandığı nailiyyətlərdən danışaraq, bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olduğunu söyləyib. Bahar Muradova xalqımızı, o cümlədən Azərbaycan qadınlarını Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb.
YAP Binəqədi və Qaradağ rayon təşkilatlarının Qadınlar şuralarının sədri Aytac Əliyeva və Hicran Xəlilova çıxışlarında ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda fəallıqlarından söhbət açıblar. Çıxışlarda ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında Azərbaycan qadınlarının bütün sferalarda uğurlar qazandıqları və bu uğurların ölkəmizin daha da inkişafına zəmin yaratdığı vurğulanıb.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd edib. O, partiyanın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söyləyib. A.Əliyeva partiyanın cəmiyyətin, xüsusilə gənclərin hərtərəfli inkişafına əlverişli şərait yaratdığını yüksək qiymətləndirib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Əməkdar artist İlkin Əhmədov və Binəqədi rayonundan olan istedadlı gənclərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunan mahnı və şeirlər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

