Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xəzər rayonunda imzatoplama kampaniyası yüksək fəallıq və mütəşəkkilliklə həyata keçirilir

Xəzər rayonunda imzatoplama kampaniyası yüksək fəallıq və mütəşəkkilliklə həyata keçirilir

17.02.2018 [10:45]

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, seçki prosesinə ciddi şəkildə hazırlıq görülür: “Biz öz işimizi partiyanın proqramı və Seçki Məcəlləsinin müdəalarına uyğun planlı şəkildə davam etdiririk. Qeyd edim ki, Xəzər rayonu üzrə 2 seçki dairəsi mövcuddur. 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi və 14 saylı Xəzər Seçki Dairəsi. Artıq qərargahda seçkilərə hazırlıqla bağlı bir sıra tədbirlər görülüb. Belə ki, partiyanın namizədi üçün seçici imzası toplayacaq 18 partiya fəalı müəyyənləşib. Həmin 18 nəfər rayon ərazisini yaxşı tanıyan, seçki təcrübəsi olan insanlardır. Bu gündən artıq imzatoplama kampaniyası uğurla həyata keçirilir. Seçicilər böyük aktivlik nümayiş etdirirlər”.

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30