Sabirabadlılar xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər
31.03.2018 [09:35]
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun mərkəzində seçicilərlə görüş keçirib. Möhtəşəm görüşdə minlərlə seçici iştirak edib.
Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib ki, görüşə belə çoxlu sayda insanların qatılması sabirabadlıların cənab İlham Əliyevə olan hörmət və etimadının əyani göstəricisidir.
Çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasəti ilə bağlıdır. Akademik vurğulayıb ki, səhiyyə, təhsil sahələrində də böyük uğurlarımız vardır. Yaxın keçmişə nəzər salsaq, düşünməzdik ki, bu qədər xəstəxanalar, diaqnostika mərkəzləri tikilib istifadəyə veriləcək, ən əsası, dünya standartlarına cavab verən avadanlıqlarla təchiz ediləcək. Son 15 ildə 642 tibb müəssisəsi istifadəyə verilib. Bu gün elə bir əməliyyat, müalicə üsulu yoxdur ki, onu ölkəmizdə həyata keçirmək mümkünsüz olsun. Xarici ölkələrdən gələn mütəxəssislər bizdə yaradılan şəraiti görəndə heyrətlənirlər: "Ona görə də biz sabirabadlıların 11 apreldə yenidən müdrik qərar verərək cənab İlham Əliyevə etimad göstərəcəklərinə əminik".
YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov görüşdə çıxış edərək bildirib ki, son 15 ildə Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirib. "Xüsusilə dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Cənab İlham Əliyev iqtisadi tərəqqiyə uyğun olaraq əməkhaqlarının, pensiyaların artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Təkcə son aylarda imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, "güclü dövlət, yüksək rifah" prinsipinin dövlət siyasətinin əsasında dayandığını aydın görərik. Yəni dövlətimizin siyasəti sosialyönümlü, Azərbaycanın inkişafına yönələn siyasətdir ki, bu da öz bəhrəsini verir", - deyə Y.Hümbətov qeyd edib.
Milli Məclisin deputatları Elçin Quliyev, Mirzəcan Xəlilov və Rüstəm Xəlilov, Metrologiya İnstitutunun direktoru Saleh Səmədov və digərləri də çıxış edərək Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı əzəmətli uğurlar haqqında məlumat verərək əmin olduqlarını bildiriblər ki, ölkə vətəndaşları, o cümlədən sabirabadlılar da bu uğurların davamı üçün məhz YAP-ın namizədinə səs verəcəklər.
Görüşündə çıxış edən onlarla sabirabadlı seçici birmənalı şəkildə bildirib ki, onlar yenidən cənab İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56

