YAP Naxçıvan şəhər təşkilatı üzvlərinin sayı 17 min nəfəri ötüb
27.07.2018 [09:51]
Müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu prosesi bilavasitə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. 26 il əvvəl Naxçıvanda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatı Şurasının iclasında səsləndirilib.
İclasda 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzəsində təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bildirib ki, ötən müddətdə ölkəmiz, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu ilə irəliləyib. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri müasirliklə qədimliyin, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu məkana çevrilib. Şəhərimizin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı elan edilməsi onun beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi nüfuzunu daha da artırıb. Bütün bu inkişaf proseslərində YAP-ın üzvləri də yaxından iştirak ediblər.
Elman Cəfərli qeyd edib ki, partiyanın Naxçıvan şəhər təşkilatı öz fəaliyyətini YAP-ın qurultayları, partiyanın Muxtar Respublika təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respublika təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində quraraq, cəmiyyətin ümumi inkişaf tempinə adekvat fəaliyyət göstərib. Bu baxımdan təşkilatın 2018-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili prioritet olub.
Ötən müddətdə təşkilatda 5 İdarə Heyəti, 2 Şura yığıncağı, əlamətdar və tarixi hadisələrlə bağlı 5 elmi-praktik konfrans, 1 kütləvi idman yarışı, 1 “dəyirmi masa”, 2 treninq olmaqla, ümumilikdə, 10 kütləvi siyasi tədbir, partiyaya üzv qəbulu ilə bağlı müsahibələr keçirilib.
Elman Cəfərli deyib ki, 2018-ci ilin 6 ayı ərzində YAP-a üzv qəbul olmaq üçün müraciət edən 513 nəfərdən 485-i partiya sıralarına qəbul olunub ki, bunların da 474 nəfərini və ya 97,7 faizini 18-35 yaşlı gənclər, 283 nəfərini və ya 58,3 faizini qadınlar təşkil edir. Nəticədə, 2018-ci il iyulun 1-nə YAP Naxçıvan şəhər təşkilatı üzvlərinin sayı 17 min 484 nəfərə çatıb. Onlardan 9178 nəfəri, yaxud 52,5 faizi qadınlar, 10 min 487 nəfəri, yaxud 60 faizi 18-35 yaş arası gənclərdir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Həmçinin təşkilatda 2 akademik, 6 AMEA-nın müxbir üzvü, 26 elmlər doktoru, 162 fəlsəfə doktoru təmsil olunur.
Sonra YAP Naxçıvan şəhər təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, ərazi ilk təşkilatı sədrlərindən Şura üzvləri Rasim Bağırov, Çapay Quliyev və Orxan Bağırov çıxış ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

