/ / YAP Yasamal rayon təşkilatı Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin 1 illiyi ilə bağlı tədbir keçirib
YAP Yasamal rayon təşkilatı Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsinin 1 illiyi ilə bağlı tədbir keçirib
05.04.2019 [09:32]
Aprelin 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsinin 1 ilinin tamam olması münasibətilə tədbir keçirib. Əvvəlcə Aprel döyüşlərində həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov son 1 il ərzində ölkədə görülən işlərdən və dövlət başçısının yürütdüyü siyasətdən bəhs edib.
Daha sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək bildirib ki, ötən ilin 11 aprelində keçirilən demokratik, şəffaf və ədalətli seçkilərdə Prezident İlham Əliyevin qalib gəlməsini Onun son 15 il ərzindəki fəaliyyətinə vətəndaşların verdiyi qiymət kimi dəyərləndirmək lazımdır. Ü.Quliyev dövlət başçısının həmişə təhlükəsizlik və sabitlik məsələlərinə böyük əhəmiyyət verdiyini söyləyib: “Çünki cənab Prezident çox gözəl bilir ki, onları əldə etmədən heç bir iqtisadi inkişafa nail olmaq mümkün deyil. Bununla yanaşı, cənab Prezident hər zaman xalqın rifah halının yüksəldilməsini əsas hədəf kimi qarşıya qoyub”.
Deputat diqqətə çatdırıb ki, bir il ərzində Prezidentin fəaliyyəti və gördüyü işlər nəticəsində iqtisadi sahədə böyük uğurlar əldə edilib: “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3-cü Dövlət Proqramı da uğurla başa çatıb. Qeyri-neft sektorunun, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilmiş Dövlət proqramları iqtisadiyyatımızın inkişafına öz müsbət töhfələrini verib”.
Ü.Quliyev onu da qeyd edib ki, iqtisadiyyatımız inkişaf etdikcə Azərbaycanda bütün sahələrə, o cümlədən təhsil, səhiyyə, ordu quruculuğu, gənclər və idman sahəsinə də xüsusi diqqət ayrılır.
Tədbirdə çıxış edən millət vəkili Elşad Həsənov da ölkə başçısının 1 il ərzində gördüyü işləri statistik göstəricilərlə nəzərə çatdırıb. O, tədbir iştirakçılarının diqqətini son 1 ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan irimiqyaslı layihələrin həyata keçirilməsinə yönəldib.
Daha sonra çıxış edən “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyevin sözlərinə görə, bu ilin əvvəlindən Prezident İlham Əliyevin imzaladığı müxtəlif Fərman və sərəncamların əksəriyyəti ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində olub: “Bütün bunların hamısı Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu nümayiş etdirir və buna görə də hər birimiz öz məsuliyyətimizi dərk edərək bu siyasətə dəstək verməliyik”.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə isə deyib ki, bir il müddətində görülən işlərə nəzər salanda Azərbaycan xalqının öz seçimində yanılmadığı sübut olunur. Prezident İlham Əliyevin imzaladığı müxtəlif Fərman və sərəncamların əksəriyyəti ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində olub. V.Rəhimzadənin sözlərinə görə, dövlət başçısının təbii fəlakət və digər hadisələrdən zərər çəkmiş əhalinin yanında olması da xalq-iqtidar birliyinin bariz nümunəsidir: “Əhalinin xüsusi ehtiyacı olan təbəqələrinə verilən sosial müavinətlərin artırılması, şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi, əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, problemli kreditlər, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam və fərmanları çox mühüm addımlar hesab etmək olar”.
Tədbirə yekun vuran T.Əhmədov Prezident İlham Əliyevin bu ali vəzifəyə seçilməsinin xalqımızın xoşbəxt gələcəyi üçün böyük əhəmiyyətə malik olduğunu dilə gətirərək hamını Azərbaycanın dövlət başçısının ətrafında sıx birləşməyə çağırıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

