Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında toplantı keçirilib
13.06.2019 [09:34]
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında rayon təşkilatı Şurasının üzvləri və ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə cari ilin iyun ayının 8-də keçirilən Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində qarşıya qoyulan vəzifələr və verilən tapşırıqların icrası ilə bağlı görüləcək işlər müzakirə olunub. Həmçinin rayon təşkilatının bu ilin ilk 5 ayında fəaliyyətinə dair hesabat dinlənilib.
Toplantıda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov sözügedən müşavirədə verilən tapşırıqları bir daha diqqətə çatdıraraq bu vəzifələrin icra olunmasında rayon təşkilatının hər bir üzvünün fəallıq göstərməsinin vacibliyini vurğulayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə danışıb. Bir neçə gündən sonra xalqımızın 15 İyun - Milli Qurtuluş Gününü qeyd edəcəyini xatırladan A.Hüseynov deyib ki, Azərbaycan dövlətinin xilası, xalqımızın müstəqillik arzularının həyata keçməsi məhz 15 iyundan başlayır: “Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. O vaxt hakimiyyətdə olan AXC-“Müsavat” cütlüyünün səriştəsizliyi nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi. Lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi”.
A.Hüseynov bildirib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. Həmin dövrdə Ulu Öndər Azərbaycanın inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkəmizin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı.
Milli Məclisin deputatı əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.
Yığıncaqda çıxış edən Şura və ərazi ilk partiya təşkilatları üzvləri rayon təşkilatının ötən dövrdəki fəaliyyətini yüksək qiymətləndiriblər. İlk partiya təşkilatlarının ötən dövrdəki fəaliyyətinə dair məlumatlar dinlənilib, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

