/ / Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib
Yeni Azərbaycan Partiyasının və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib
21.06.2019 [09:50]
İyunun 19-da Yeni Azərbaycan Partiyasının (YAP) və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda forum keçirilib.
BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan forum iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə tər gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, forumun moderatoru Hüseyn Hüseynov bildirib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 25-27 sentyabr 2015-ci il tarixində Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq 17 dayanıqlı inkişaf məqsədi, 169 hədəf və 231 göstəricini özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə dair qərar qəbul olunub. Sənəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlanır və Azərbaycan da daxil olmaqla 193 ölkə tərəfindən qəbul olunmuş qlobal sənəddir: “Sənəd davamlı inkişafın 3 müxtəlif aspektini əhatə edir: iqtisadi, sosial və ətraf mühit məsələləri. Hər bir sahə üzrə bütün dünyada qlobal səviyyədə qəbul olunmuş hədəf və göstəricilər müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədləri ilə müqayisədə daha geniş və qlobal sənəddir. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik 3 əsas prinsip üzərində qurulub. Bunlardan birincisi universallıq prinsipi adlanır. Bu prinsipin təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, bütün dünya ölkələrinə tətbiq edilməsi nəzərdə tutulur. Bu çərçivədə bütün inkişaf kateqoriyasına aid olan ölkələr - istər inkişaf etmiş, istər inkişaf etməkdə olan, istərsə də aşağı inkişaf kateqoriyasına aid olan ölkələr üçün spesifik hədəflər müəyyənləşdirilib. Digər prinsip inteqrasiyalı yanaşma prinsipidir. Bu, bəhs olunan və digər strateji sənədlər çərçivəsində qəbul edilmiş məqsəd və hədəflərin bir-biri ilə uzlaşması məsələsini əks etdirir. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədlər dayanıqlı inkişaf məqsədlərinin hədəfləri ilə uyğunluq təşkil edir. Bu sənədlərin icrası, eyni zamanda, BMT tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də öz əksini tapmış hədəf və məqsədlərə nail olunması ilə nəticələnəcəkdir. Digər bir yanaşma isə - “heç kimin geridə qalmaması” prinsipi ilə ifadə olunur”.
H.Hüseynov bildirib ki, forum dayanıqlı inkişafın 3, 5 və 9-cu məqsədlərinə həsr olunub. Belə ki, 3-cü məqsəd “Bütün yaşlarda hamı üçün sağlam yaşayışı təmin etmək və rifahı təşviq etmək”, 5-ci məqsəd “Gender bərabərliyinə nail olmaq və bütün qadınların və qızların səlahiyyətlərini genişləndirmək” və 9-cu məqsəd isə “Möhkəm infrastruktur qurmaq, inklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və innovasiyaları həvəsləndirmək” məsələləri idi.
Forumun 1-ci panelində səhiyyə nazirinin müavini Elsəvər Ağayev, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov məqsədlərə dair çıxışlar ediblər.
Panellər arasında Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.
2-ci paneldə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Tahir Mirkişili və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Komitəsi sədrinin müavini Ceyhun Salmanov çıxışlar ediblər.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18

