Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
10.09.2019 [09:36]
Əli Əhmədov: Müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu ilin dekabr ayında ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi işləri görməlidir. Bu müşavirə də bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunub.
YAP Sədrinin müavini qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunmaqdadır: “Müxalifətin ayrı-ayrı hissələri özünəməxsus şəkildə prosesə qoşulublar. YAP ölkədə mövcud siyasi proseslərin təhlil edilməsini də bələdiyyə seckilərinə hazırlıq məsələlərinin bir elementi kimi qəbul etməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, müxalifət bütövlükdə siyasi müxalifət üçün zəruri olan sosial bazanı təmin edə bilmədiyi üçün siyasi proseslərə normal cəmiyyətlərə xas olan norma və dəyərlərdən fərqli məqamlar gətirməyə çalışır. Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı “siyasi kampaniya” mənəvi terror, yalan məlumatlar yaymaq, böhtan atmaq üzərində qurulub. İndi isə buraya yeni elementlər daxil edirlər. Bu da hədələmək, söymək və beləliklə də cəmiyyətimizin normal siyasi proseslərdən uzaqlaşmasına çalışmaqdır”.
Əli Əhmədov qeyd edib ki, bu dairələr siyasi müxalifət anlayışını ciddi surətdə təhrif etmiş olurlar. Beləliklə də, onlar yenidən vaxtilə Azərbaycanda həyata keçirilmiş “hakimiyyətə arxa qapıdan gəlmək” taktikasını tətbiq etmək istəyirlər. Bütün bunların hamısı siyasi proseslərdə xoşagəlməz məqamların formalaşmasına rəvac verir. “Onlar siyasi proseslərdə normal dəyərlər əsasında iştirak etmək əvəzinə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində iştirak etmək əvəzinə, çağırışlarını seçkilərdən imtina üzərində qurublar. Son zamanlar bizim müşahidə etdiyimiz məqam odur ki, bu müxalifət Azərbaycanın reallığının üzərinə kölgə salmaqla Ermənistanı təbliğ edir, Ermənistandakı həyatı başqa bir mənzərə altında təqdim etməyə çalışır. Bununla da Azərbaycan cəmiyyətində hökumətin apardığı siyasətə inamsızlıq yaratmağa çalışırlar. Onlar Azərbaycandan kənar auditoriya üçün nəzərdə tutulan ikili təbliğat aparırlar ki, hökumətin imici zədələnsin. Digər məqsəd isə dövlətimizin beynəlxalq imicinə zərbə vurmaqdır. Bu da cəmiyyətimizdə ikrah hissi doğurur”, - deyən Əli Əhmədov bildirib ki, bu müxaliflərin xarici ölkələrin xüsusi xidmət orqanlarının təsiri altına düşməsi istisna deyil ki, bu da təhlükəli haldır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti onların davranışlarını, fəaliyyətlərini qəti şəkildə pisləyir.
Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

