Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Deputatlığa namizəd Əli Hüseynli Yevlaxda seçicilərlə növbəti görüşünü keçirib

Deputatlığa namizəd Əli Hüseynli Yevlaxda seçicilərlə növbəti görüşünü keçirib

01.02.2020 [11:02]

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Əli Hüseynli təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonu Duzdağ qəsəbəsi, Qaraoğlan, Havarlı və Əkşəm kəndlərində seçicilərlə görüş keçirib.
Görüş zamanı deputatlığa namizəd Əli Hüseynli ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasətdən danışıb, dövlətin vətəndaşına olan diqqət və qayğısından bəhs edib. Seçicilərlə söhbəti zamanı öz seçki platformasından danışan Əli Hüseynli parlamentdəki fəaliyyəti barədə seçicilərinə də hesabat xarakterli məlumatlar verib.
Sonda seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin onları təmsil etməyə ən layiqli namizəd olduğunu qeyd edərək 9 fevral tarixində keçiriləcək parlament seçkilərində yenidən ona səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31