Gəncə seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər
07.02.2020 [09:58]
9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədlikləri irəli sürülmüş Naqif Həmzəyevin, Pərvin Kərimzadənin, Musa Quliyevin və Müşfiq Cəfərovun seçicilərlə görüşləri ruh yüksəkliyi ilə davam edir.
Növbəti görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Naqif Həmzəyev fevral ayının 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qaldığını bildirib. Deputatlığa namizəd qeyd edib ki, ölkəmizdə seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi, dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin formalaşmasına işarədir. Naqif Həmzəyev seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədi Musa Quliyev çıxışında Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayandığını və bu amilin ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldildiyini, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırıb.
Gəncə Tibb Kollecinin direktoru, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin təbliğat qrupunun üzvü Mehman Rzayev çıxışında partiyamızın Gəncədən olan 4 namizədinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının 9 fevralda keçiriləcək növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatıldığından, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının da bu məsul kampaniyada çox fəal iştirak etdiyindən danışıb.
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov Yeni Azərbaycan Partiyasının ötən illər ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkilərində qalib olmasının YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı yüksək mövqeyi, şəffaf, obyektiv şəkildə apardığı seçki kampaniyasının nəticəsində reallaşdığını vurğulayıb.
Gülər İsmayılova, Üzeyir Balakişiyev, Vüsalə Hüseynova və digər seçicilər çıxış edərək bildiriblər ki, seçkilərdə xeyli sayda siyasi partiya təmsilçilərinin iştirak etməsinə baxmayaraq, hər zaman olduğu kimi, bu dəfə də seçkilərin qalibi Yeni Azərbaycan Partiyası olacaq.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

