YAP İcra Katibliyində “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
26.02.2020 [09:40]
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən böyük cinayətlərdən biridir
Fevralın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı tarix boyu faciələrlə üzləşib. Onun sözlərinə görə, 28 il öncə baş vermiş Xocalı qətliamı isə Azərbaycan tarixində ən dəhşətli faciələrdən biridir: “Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Xocalı faciəsi hər şeydən əvvəl böyük və dəhşətli hərbi cinayətdir. Beynəlxalq hüququn təsnifatına görə hərbi əməliyyatlarda iştirak etməyən və hərbi döyüşlərin obyekti olmayan dinc əhalinin qətlə yetirilməsi hərbi cinayət sayılır. Xocalıda baş verən qətliamda öz həyatını itirən insanlar dinc əhali, xüsusilə də həlak olan 613 nəfər Xocalı sakinlərinin içərisində uşaqlar, qadınlar, qocalar var idi”.
Baş Nazirin müavini qeyd edib ki, Xocalı faciəsi, eyni zamanda, bəşəriyyətə, insanlığa qarşı yönəlmiş ən böyük cinayətlərdən biridir. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi, cəsədlərin üzərində təhqiramiz hərəkətlərin edilməsi bundan xəbər verir ki, bu, sadəcə hərbi cinayət deyil, eyni zamanda, bəşəriyyətə, insanlığa qarşı çevrilmiş bir hərəkət, bir cinayətdir. “Xocalı faciəsini birmənalı şəkildə soyqırımı hesab edirik. Həlak olan insanların, belə demək mümkündürsə, yeganə günahı o idi ki, onlar azərbaycanlı idilər. Bu faciənin baş verməsinin də yalnız bir səbəbi var idi - bir millətdən, xalqdan olan insanların ən ağır formada qətlə yetirilməsi. Bu mənada Xocalı faciəsi bütün parametrlərə görə qətliam, soyqırımı hesab olunmalıdır və olunur”, - deyən Əli Əhmədovun fikrincə, Azərbaycan xalqı heç zaman bu faciəni unutmur, unutmayıb və unutmayacaq. Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına çevrilib. Bu hadisə Azərbaycan xalqının tarixinin bütün mərhələlərində ən qanlı faciə kimi yaşayacaq, xalqımızın milli özünüdərkinin tərkib hissəsinə çevriləcək.
YAP Sədrinin müavini söyləyib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində müəyyən işlər görülüb. Xüsusilə, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində, həmçinin Azərbaycanın müvafiq hökumət və dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər nəticəsində bir sıra dövlətlərdə Xocalı faciəsi qətliam kimi qəbul olunur. “Amma hesab edirəm ki, daha geniş miqyasda, daha çoxsaylı dövlətlərin Xocalı faciəsinin qətliam, soyqırımı kimi tanıması istiqamətində qarşımızda böyük vəzifələr durur. Bizi narahat edən məqamlardan biri ondan ibarətdir ki, Xocalı faciəsini törədənlər öz layiqli cəzalarını almayıblar. Nəinki cəzalarını almayıblar, bir sıra hallarda onlar Xocalı faciəsini törətdiklərinə görə fəxr etdiklərini də dilə gətirib bu barədə bəyanatlar səsləndiriblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ayrı-ayrı faciələri və bəşəriyyətə qarşı törədilən cinayətləri çox ciddi şəkildə izləyən və dəyərləndirən beynəlxalq qurumlar Xocalı faciəsinin baş verməsində bilavasitə iştirak etmiş və beləliklə də, həm hərbi, həm də bəşəriyyətə qarşı cinayət törətmiş insanların cəzasının verilməsi istiqamətində heç bir addım atmayıb. Bu faciəni törədənlər beynəlxalq hüququn normaları əsasında qanun və ədalət qarşısında cavab verməlidirlər”, - deyən Əli Əhmədov bildirib ki, faciə nəticəsində həlak olmuş ailələrin övladları indi böyüyüblər. “Belə deyilir ki, zaman istənilən yaranın təsirini azaldır. Amma hər dəfə Azərbaycan xalqı Xocalı faciəsini, eyni zamanda digər faciələrimizi xatırlayarkən məlum olur ki, zamanın keçməsinə baxmayaraq, bu faciənin hər bir azərbaycanlının qəlbinə vurduğu yara öz təsirini itirməyib, getdikcə daha da çoxalır. Mən bu sözləri qisas almaq mənasında demək istəmirəm. Sadəcə onları ona görə səsləndirmək istəyirəm ki, faciəni unutmayaq, heç zaman yaddan çıxarmayaq, faciəni törədənlərin əməllərinə görə qanun, ədalət qarşısında cavab verməsi üçün səylərimizi heç zaman əsirgəməyək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Tədbirdə çıxış edən Xocalının sabiq icra başçısı, millət vəkili Elman Məmmədov 28 il öncə baş verən hadisələri xatırladıb. O qeyd edib ki, ermənilərin əhatəsində olan Xocalı 4 ay mühasirədə qaldı: “Faciə baş verməmişdən əvvəl, son bir ay ərzində respublika rəhbərliyindən bizə məlumat verirdilər ki, “sabah yolu açırıq, mühasirəni yarırıq”. Amma bu baş vermədi. Xocalıdakı vəziyyətə ovaxtkı hakimiyyət məsuliyyətsiz yanaşırdı və ermənilər də bundan istifadə edərək şəhərə hücum etdilər, dinc insanları qətlə yetirdilər. O dövrdə respublikada hakimiyyət uğrunda mübarizə gedirdi, bu səbəbdən də torpaqlarımızın müdafiəsi yaxşı təşkil olunmadı”.
E.Məmmədov deyib ki, son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır: “Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb və bu hadisə soyqırımı kimi dəyərləndirilib. Hazırda dövlətimiz bu faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə təqdim edir. Bizim istəyimiz odur ki, Xocalı qətliamını törədənlər cəzalarını alsın və insanlar öz torpaqlarına qayıtsınlar”.
Tədbirdə Xocalı sakini, Azərbaycan Dillər Universitetinin tələbəsi Ləman Həsənova da çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağına əminliyini ifadə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53

