/ / YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda videokonfrans formatında tədbir keçirilib
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda videokonfrans formatında tədbir keçirilib
14.08.2020 [11:46]
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 12 iyul Tovuz döyüşləri və 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev işğalçı Ermənistanın hər zaman təxribatlara əl atdığını bildirib. O, qeyd edib ki, düşmən bu ilin iyul ayında da Tovuz rayonu istiqamətində hərbi təxribat törədib və bu təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb. T.Tağıyevin sözlərinə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmənə layiqli cavab verib.
Rayon təşkilatının sədri Tovuz döyüşləri zamanı xalqımızın ordumuzla və Ali Baş Komandanımızla güclü birlik nümayiş etdirdiyini diqqətə çatdırıb. O, xalqımızın Tovuz döyüşlərində şəhid olmuş hərbçilərimizin əziz xatirəsini böyük ehtiramla yad etdiyini söyləyib.
Azərbaycan Silahlı Qüvvələrinin Cənubu Qafqazın ən güclü ordusu olduğunu deyən T.Tağıyevin sözlərinə görə, Azərbaycan gəncliyi fəxr edir ki, belə bir ordunun sıralarında xidmət edir: “Cənab Prezidentin qayğısı ilə Vətən qarşısında borcunu ləyəqətlə yerinə yetirib, ordudan tərxis olunan gənclərin məşğulluğunun təmin edilməsi dövlətin diqqət yetirdiyi sahələrdən biridir. Dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin hərtərəfli inkişafı, onların yüksək təhsil alması, işlə təmin edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili üçün ölkəmizdə davamlı tədbirlər həyata keçirilir”.
Sonra YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova, tarix elmləri üzrə fəlsəfə doktoru Aynur Əliyeva, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev, Avrasiya Universitetinin əməkdaşı Kamil Məhəmmədli və YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Faiq Məmmədli çıxış edərək söyləyiblər ki, bütün dünyanın COVID-19 virusu ilə mübarizə apardığı bir dönəmdə Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-dən etibarən Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində təxribat törədilməsi, dinc əhalinin və ordumuzun bölmələrinin artilleriya atəşinə tutulması qarşı tərəfin məkrli siyasətinin aydın təzahürüdür. Atəşkəs dövründə düşmənin növbəti hərbi təxribat məqsədli səyləri illərdir dünyaya anlatmağa çalışdığımız erməni təcavüzünün və işğalçı siyasətinin daha bir bariz mənzərəsidir.
Həmçinin qeyd olunub ki, bütün Azərbaycan xalqı, o cümlədən gənc nəsil çox yaxşı anlayır ki, yaşadığımız bu Vətən hər birimizindir. Və Azərbaycan gəncliyi böyük bir axınla könüllü olaraq ordu sıralarına yazılması ilə bir daha Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirmiş oldu.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

