Meydanəli Yolçuyev: Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi böyük qələbədir
12.11.2020 [09:08]
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı, uzun illər işğal altında olan ərazilərimiz birdəfəlik işğaldan azad edildi. Müharibənin başladığı ilk günlərdən etibarən bir-bir azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın siyahısını gördükcə, hər bir azərbaycanlının ürəyi dağa dönür. Bu qalibiyyət uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib.
M.Yolçuyev bildirib ki, istər ordu quruculuğu, istərsə də qurulan diplomatik münasibətlərimiz bu gün öz uğurlu bəhrəsini verdi. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gələrək düşməni təslim olmağa məcbur etdi. Qalibiyyətin məntiqi davamı olaraq, Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atdı. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bütün şərtləri diktə etdi və Ermənistanın baş naziri bunu qəbul etməyə razı oldu. Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistanın baş nazirinin siyasi karyerasının sonu olacaq və Ermənistanda baş verən proseslər artıq bunu deməyə əsas verir.
“Biz Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan ərazilərimizi işğaldan azad edərək, öz əbədi və əzəli torpaqlarımıza geri qayıtdıq, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü təmin etdik. Şuşa şəhəri azad edildikdən sonra artıq Ermənistanın məğlub olduğu hamı üçün açıq-aşkar idi. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi hər birimiz üçün böyük bir bayramdır. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi isə Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandana göstərdiyi inam və etimad öz bəhrəsini verdi. Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Xalqımız mərhəmətli olduğu qədər də yeri gəldikdə düşmənə zərbə vuracaq dəmir yumruğu var. Azərbaycan xalqı bu gün xoşbəxtdir, onun Prezidenti dünyanın ən güclü liderlərindəndir. Onun Prezidentinin istər diplomatiyada, istər xarici televiziyalara verdiyi müsahibələrdə keçdiyi master-klaslarda, istərsə də rəhbərlik etdiyi ordunun döyüş meydanında göstərdiyi şücaətlərdə misli-bərabəri yoxdur. Cənab Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” dedi və Qarabağdakı düşmən işğalına birdəfəlik son qoydu”, - deyə rayon təşkilatın sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48

