/ / Aslan Əzimzadə: Torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizə yeni iqtisadi dividendlər gətirəcək
Aslan Əzimzadə: Torpaqlarımızın işğaldan azad edilməsi ölkəmizə yeni iqtisadi dividendlər gətirəcək
17.12.2020 [09:15]
“Azərbaycan Ordusu Vətən müharibəsində yüksək qəhrəmanlığı və peşəkarlığı sayəsində düşməni diz çökməyə məcbur etdi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ərazisi işğalçılardan təmizlənib və ölkəmizin ərazi bütövlüyü təmin olunub”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü, iqtisadçı Aslan Əzimzadə deyib.
O bildirib ki, bu zəfər ilə Azərbaycanın iqtisadi sisteminin bütövlüyü də bərpa olunub: “Azərbaycan iqtisadiyyatının inkişafında yeni bir dövr başlayır. Belə ki, rayonlarımızın işğaldan azad edilməsi ölkəmizə yeni iqtisadi dividendlər gətirəcək. Qarabağın iqtisadi potensialı Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq”.
Hazırda Qarabağ regionunun iqtisadi potensialının geniş olduğunu vurğulayan A.Əzimzadə qeyd edib ki, işğaldan azad olunan rayonlarda turizm də inkişaf etdiriləcək: “Vacib məsələlərdən biri məhz turizm sektorudur. Qarabağdakı turizm potensialını müəyyən sahələrə ayırmaq mümkündür. Bunlardan biri kurort - səhiyyə turizmidir. Qarabağ bölgəsi həm də qədim tarixi abidələrlə zəngindir. Bu faktor Qarabağda tarixi-arxeoloji turizmin də əsas hərəkətverici qüvvəsinə çevriləcək”.
Onun sözlərinə görə, Qarabağ ərazisi bərpaolunan enerji resursları ilə zəngindir və bu region Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas regionlardan biridir: “Qarabağ regionu tarixən aqrar region olub. Bu səbəbdən bölgənin mühüm aqrar potensialı da vardır. Regionun əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşması ölkənin ərzaq təhlükəsizliyini daha dayanıqlı edəcək. Son olaraq qeyd etmək lazımdır ki, Qarabağda zəngin yeraltı sərvətlərə malikdir. Gələcək illərdə burada mövcud resurslar üzrə emal sənayesi inkişaf etdirilərsə, çox yüksək iqtisadi mənfəət əldə etmək mümkündür”, - deyə A.Əzimzadə söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

