Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yevlaxda gənclər arasında mini-futbol üzrə şəhər birinciliyi keçirilib

Yevlaxda gənclər arasında mini-futbol üzrə şəhər birinciliyi keçirilib

05.05.2021 [19:34]

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Yevlaxda gənclər arasında mini-futbol üzrə şəhər birinciliyi keçirilib. Yevlax Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birinciliyin açılış mərasimində ilk olaraq YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev çıxış edib.

Çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verən natiq xalqımızın Ümummilli Liderinin idman sahəsinə də hər zaman diqqətlə yanaşdığını söyləyib. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasəti öz müsbət nəticəsini verib. İdmançılarımız bu gün Olimpiya, Avropa və Dünya birinciliklərində uğurlu nəticələr qazanmaqla üçrəngli bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Rafiq Əliyev sonda yarış iştirakçılarına uğurlar arzulayıb.

Çıxış edən Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev son illər rayonda bədən tərbiyəsi və idman sahəsində əldə edilən nailiyyətlərdən, gənclərin idmanla məşğul olmaları üçün yaradılan şəraitdən danışıb.

Sonra yarışa start verilib. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının komandası gənclər arasında keçirilən mini-futbol üzrə şəhər birinciliyinin qalibi olaraq, yarışın kubokunu qazanıb.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Yevlaxda silsilə tədbirlər davam edir.

Paylaş:
Baxılıb: 732 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31