Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatının üzvləri Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

YAP Sumqayıt şəhər təşkilatının üzvləri Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

26.06.2021 [08:59]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının üzvləri, partiya şəhər təşkilatı Gənclər Birliyinin fəalları və könüllülər 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Ziyarətdə Birinci Qarabağ və Vətən müharibəsi qazisi, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, “Azərbaycan Bayrağı” ordenli Zahir Həsənov da iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı üzərinə gül dəstələri düzüblər. Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları ziyarət edilib. Partiya fəalları bundan sonra şanlı qələbəmizin rəmzi olan Hərbi Qənimətlər Parkına gedib, 44 günlük müharibədə ölkəmizin qarşısında ağır məğlubiyyətə uğrayan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31