/ / “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
24.07.2021 [06:41]
İyulun 23-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılmasının növbəti ildönümü tamam olur. Nazirlik gənclərlə bağlı önəmli layihələr həyata keçirir ki, bu da gənc nəsil tərəfindən rəğbətlə qarşılanır.
“Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda təqdimatla çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Onun sözlərinə görə, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi tarixi hadisə olub.
Nazir müavini söyləyib ki, Azərbaycanda gənclər siyasətinin əsas hədəfi ölkə gənclərinin hərtərəfli inkişafını təmin etməkdir. Bununla bağlı dövlət tərəfindən ardıcıl siyasət həyata keçirilir. İ.Babayev deyib ki, dövlətimizin prioritet istiqamətlərindən biri də gənclərin inkişafı sahəsidir. Onların hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılması üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ildə “Azərbaycan Gənclərinin İnkişafı Strategiyası” təsdiqlənib. Bu strategiyanın əsas hədəfi gənclərimizin potensialını müasir dövrün tələbinə uyğun inkişaf etdirmək və həmin potensialdan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyini formalaşdırmaqdır. Hazırda gənclərlə bağlı 2017-2021-ci illəri əhatə edən dövlət proqramı həyata keçirilir və bu proqram başa çatmaq üzrədir. Bu gün 2022-2026-cı illəri əhatə edən yeni dövlət proqramının hazırlanması üzərində iş gedir. Müvafiq dövlət proqramlarının hazırlanmasında gənclər də fəal iştirak edir, onların fikir və təklifləri nəzərə alınır.
Nazir müavini diqqətə çatdırıb ki, gənclər ölkədə gedən proseslərin fəal iştirakçısıdır, vətənimizi beynəlxalq müstəvidə də layiqincə təmsil edirlər.
İ.Babayev söyləyib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ötən ilin ən mühüm hadisəsi oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Bu missiyada da əsas yük dövlətimizin başçısının dediyi kimi, gənc nəslin üzərinə düşdü. Müharibədə qəhrəman Azərbaycan gəncləri ön cəbhədə mətanətlə döyüşdülər. Arxa cəbhədə olan gənclərimiz isə sosial şəbəkələrdə və digər sahələrdə informasiya müharibəsində fəal iştirak edərək böyük qələbəyə öz töhfələrini verdilər.
Qarabağın quruculuq işlərinə gənclərin cəlb edilməsi məsələsinə toxunan İ.Babayev deyib ki, Qarabağın dirçəldilməsi istiqamətində gənclərimiz öz töhfələrini vermək əzmindədirlər.
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15

