Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının IX hesabat konfransı keçirilib
04.08.2021 [08:37]
Avqustun 3-də Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə bildirilib ki, hesabat dövründə rayon təşkilatında görülmüş bütün işlər Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi, partiyamızın Sədri cənab İlham Əliyevin nitq və çıxışlarından irəli gələn vəzifələr, eləcə də partiyanın Mərkəzi Aparatının tövsiyə və tapşırıqları yüksək keyfiyyətlə həyata keçirilib.
Rayonumuzun əhalisi 38 min 616 nəfərdir. Onlar respublikamızın 41 şəhər və rayonunda məskunlaşıblar. Hazırda partiyanın rayon təşkilatında 83 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Üzvlərimizin sayı 3613 nəfərdir. Onlardan 1555 nəfəri kişilər, 2058 nəfəri isə qadınlardır. Partiya üzvlərimizin 1825 nəfərini gənclər təşkil edir. 320 nəfər isə ötən konfransdan sonra partiyaya üzv qəbul edilib.
A.Haxverdiyev qeyd edib ki, ötən 5 il siyasi baxımdan ölkəmiz üçün əlamətdar bir tarix kimi də yadda qalmışdır: “Belə ki, ölkəmizdə bu illər ərzində Prezident, parlament, bələdiyyə seçkiləri və partiyamızın 6 və 7-ci qurultayı keçirilib. Əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də rayon təşkilatı qarşıya qoyulan məqsədlərə çatmaq üçün ardıcıl iş apararaq müsbət nəticələrin əldə edilməsinə nail olub”.
Sonra Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Sahib Əliyevin hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Qubadlı rayon təşkilatının Şura üzvü, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Qasımlı, rayon təşkilatının Şura üzvü, Xıdırlı kənd tam orta məktəbin ilk partiya təşkilatının sədri Savalan İmanov, Kavdadıq kənd tam orta məktəbinin ilk partiya təşkilatının sədri Alimə Bayramova, Əməkdar məşqiçi, Uşaq-Gənclər idman məktəbinin müəllimi Cavanşir Əliyev, Rayon Təhsil şöbəsi ilk partiya təşkilatının sədri Nərmin Musayeva çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ilə yaxın dövr ərzində bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb. Gələcəyə doğru inamla irəliləyən YAP cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçkilərdə qələbə qazanması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə, partiyanın gələcəyinə böyük inama əsaslanır.
Ə.Tağıyev YAP Qubadlı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Qubadlı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

