Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının X hesabat konfransı keçirilib
14.08.2021 [00:38]
Avqustun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov hesabat məruzəsi ilə çıxış edib. A.Ağasəfov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən nüfuzlu partiyasıdır. YAP qarşısına qoyduğu vəzifələri hər zaman layiqincə və uğurla yerinə yetirir.
A.Ağasəfov qeyd edib ki, hazırda YAP Qəbələ rayon təşkilatının 76 ərazi ilk partiya təşkilatı öz sıralarında 6360 üzvü birləşdirir. Partiya üzvlərinin 1924 nəfəri gənclər, 2674 nəfəri isə qadınlardır.
Dövlətimizin uğurlu siyasəti nəticəsində Qəbələ rayonunun inkişafından geniş bəhs edən A.Ağasəfov YAP Qəbələ rayon təşkilatının hər bir üzvünün bu prosesdə fəal iştirakından məmnunluq hissi keçirdiyini bildirib. O, əminliklə bildirib ki, təşkilat üzvləri bundan sonra da rayonun ictimai-siyasi həyatında, tərəqqisində fəal iştirak edəcəklər.
Sonra YAP Qəbələ rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədr müavini Natiq Ağaşirinovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən YAP Qəbələ rayon təşkilatının İdarə Heyətinin üzvü, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, rayon təşkilatının Qadınlar Şurasının sədri Arifə Bayramova, təşkilatın Gənclər Birliyinin sədri Anar Şirinov, rayon təşkilatının ərazi ilk təşkilat sədri İfadə Məsimova hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ümumxalq partiyasına çevrilən YAP 29 ildə qazandığı uğurlar, zəngin təcrübə, inam və etimad əsasında irəliyə doğru inamla irəliləyir. Partiyanın 760 mindən artıq üzvünün hər biri Ulu Öndər Heydər Əliyevin ideyalarının və cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin təbliğatçısıdır.
Hazırkı dövrün ən böyük hadisəsinin tarixi Zəfərimiz olduğunu önə çəkən Ə.Tağıyev vurğulayıb ki, yeni dövrün reallıqları əsasında keçirilən YAP-ın VII Qurultayı mühüm qərarların qəbulu ilə əlamətdar oldu. Yeni idarəçilik mexanizminin yaradılması, yeni Nizamnamənin qəbulu daha çevik partiya fəaliyyətinin həyata keçirilməsinə stimul verir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev proqram xarakterli nitqində qarşıya yeni vəzifələr qoyub və bu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi bizim fəaliyyətimizin əsasını təşkil edir.
Yeni hədəflərə nail olmaqda partiyanın hər bir rayon təşkilatının rolunu önə çəkən Ə.Tağıyev YAP Qəbələ rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Qəbələ rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19

