YAP Xətai rayon ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir
16.12.2021 [17:45]
Dekabrın 16-da Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Polad Həşimov küçəsi 17 və Əbilov küçəsi 27 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.
Yığıncaqlarda Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, zəngin, hər bir sahədə təcrübəsi nümunə olan, qalib Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur hissi keçirir: “2021-ci il tariximizə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması ili kimi daxil olacaq. Qısa müddət ərzində görülən işlər bir tərəfdən torpaqlarımızın azadlığa qovuşması ilə bağlı böyük sevinc hissi yaradır, digər tərəfdən isə böyük iqtisadi və maliyyə imkanlarına malik olmağımızı təsdiqləyir. Bütün işlər Azərbaycanın öz imkanları hesabına görülür. Prezident İlham Əliyevin bərpa və quruculuq işlərinin sürətləndirilməsinə, bu ərazilərin cənnət məkana çevrilməsinə xidmət edən sərəncamları davamlı xarakter alıb. 2003-cü ildən iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolunun artırılmasını qarşıya prioritet məsələ kimi qoyan Prezident İlham Əliyev regionların malik olduğu potensial imkanlardan maksimum istifadəni təmin etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi və uğurla icra edilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimiz də bərpa və quruculuq işləri başa çatdıqdan sonra bu hədəfə öz töhfələrini verəcəklər.”
V.Rəhimzadə daim yeniləşən, təkmilləşən Azərbaycanın uğurlarında hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının öz payı olduğunu xüsusi vurğulayaraq bildirib ki, dövrün, zamanın tələblərinə uyğun atılan addımlar daim parlaq gələcəyə əsas olur: “Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ölkədə gedən islahatlar prosesinə öz töhfəsini verir. Hazırkı dövr Zəfərimizin yaratdığı yeni reallıqlar dövrüdür. Qalib ölkənin qalib vətəndaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu partiyanın üzvü olmaq qürurverici olmaqla yanaşı, hədəflərə doğru daha inamla irəliləməyə böyük stimuldur.”
YAP Xətai rayon təşkilatının sədri ərazi partiya təşkilatlarının hər bir üzvünü fəal olmağa çağırıb. Bildirib ki, partiyanın monolitliyi hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir.
Sonra hesabat-seçki yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Naibə Əzizova Polad Həşimov küçəsi 17 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Arzu Əhmədova sədr müavini, Rais Babayev Əbilov küçəsi 27 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Rəhim Əsgərov isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

