Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nərimanov rayon ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Nərimanov rayon ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

17.12.2021 [14:30]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Fətəli Xan Xoyski 128” (Talassemiya Mərkəzi) ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə ərazi ilk partiya təşkilatının sədri Valeh Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verib. Daha sonra təşkilat sədrinin geniş hesabat məruzəsi dinlənilib.

Çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamənin qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən danışıb, bu islahatların partiyanın gələcək inkişafında önəmli rol oynadığını vurğulayıb. S.Vəliyev ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi üçün müvafiq tövsiyələrini verib.

Hesabat məruzəsi ətrafında çıxış edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda təşkilati məsələlərə baxılıb, Valeh Hüseynov ərazi partiya təşkilatının sədri, Afaq Nəsibova isə sədr müavini seçiliblər.

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31