31 mart - Azərbaycanlıların Soyqırımı tarixi yaddaşımızda silinməyən izlər buraxıb
31.03.2022 [12:35]
Son iki yüz ildə Azərbaycan tarixində bir çox şanlı qələbələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu tarixi hadisələrlə yadda qalıb. Bu dəhşətli faciələrdən biri də 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində yaşanmışdı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan təxminən 70 il ərzində xalqımızın qan yaddaşını silməyə cidd səylər göstərilsə də, bu, mümkün olmadı və Azərbaycanda müstəqilliyin bərpasından sonra xalq öz keçmişini, yaddaşlardan silinməyən tarixi yaralarını xatırladı.
İndi uzun illər gizli saxlanılan, üzərinə senzura qoyulmuş həqiqətlər bir-bir ortaya çıxmış oldu. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə 80 il sonra Mart soyqırımına siyasi-hüquqi qiyməti verən ilk dövlət başçısı oldu və həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına güclü təkan verdi. Mart soyqırımı timsalında Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımları yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
1918-ci ilin mart-aprel soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bölgənin tarixində də ən qanlı faciələrdən biri hesab edilir. Yaranan hakimiyyət boşluğundan yararlanan ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı süngüdən keçirib, diri-diri yandıraraq xüsusi amansızlıqla qətlə yetirdilər. Milli memarlıq incilərini, məscidləri, məktəbləri, xəstəxanaları və digər abidələri dağıtdılar. Bakının tarixi abidələrlə zəngin keçmişinin böyük hissəsini dağıntılara məruz qoydular. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba, Zəngəzur qəzalarında, Lənkəranda, Qarabağda, Naxçıvanda, Gəncə quberniyasında və digər bölgələrdə xüsusi qəddarlıqla gerçekləşdirildi. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilir, milli abidələrimiz dağıdılıb məhv edildi.
1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonrakı dövrdə cəhd edilmişdir. Belə ki, Milli Şura hökümətinin ən mühüm qərarlarından biri daşnakların törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi.
Lakin, Britaniya briqada generalı R.Qortonun Londona ünvanladığı 8 dekabr 1918-ci il tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir.
Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov ABŞ Prezidenti V.Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi. Ancaq, Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin qanlı qırğınlarının davamı olan daha bir dəhşətli soyqırım törətdilər. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı. Təsadüfi deyil ki, Xocalıdan itkin və girovların məzarları Vətən müharibəsi Zəfərindən sonra hissə hissə tapılır və Erməni vəhşilikləri ifşa olunur. Son olaraq, bir neçə gün öncə Soyqırım zamanı Xocalı rayonu Fərrux kəndində aşkarlanan insan qalıqlarının görüntüləri erməni vəhşiliyini bir daha sübut etmiş oldu.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Abbas Pənahov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

