“Azərbaycan xalqının alternativsiz lideri Prezident cənab İlham Əliyevdir!”
11.04.2022 [15:50]
Dörd il öncə şəffaf, demokratik qaydada keçirilən növbədənkənar Prezident Seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə yekdilliklə səs verdi və öz layiqli Prezidentini seçdi.
2018-ci il aprelin 11-də müstəqillik yolu ilə inamla irəliləyən, ötən illər ərzində aparılan məqsədyönlü siyasət sayəsində zirvələrə yüksələn, regional güc amilinə çevrilən, dünyada ləyaqətli ölkə kimi tanınan müstəqil Azərbaycanda daha bir taleyüklü hadisə yaşandı - prezident seçkiləri uğurla baş tutdu. Azərbaycan seçicisinin mütləq əksəriyyətinin - 86,02 faizinin etimadını qazanan cənab İlham Əliyev dövlət başçısı seçildi. Bu mühüm siyasi hadisə müasir tariximizin yeni mərhələsinin başlanğıcını çevrildi.
Ölkəmiz dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə böyük inkişaf yolu keçdi - Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə gücləndi. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi mövqeyini daha da gücləndirdi. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır",- deyən Prezident İlham Əliyev yeni dövr üçün sosial rifahın gücləndirilməsini, vətəndaş–dövlət vəhdətinin daha da möhkəmlənməsini mühüm hədəf kimi müəyyənləşdirdi. Qarşılıqlı olaraq xalqın mütləq etimadı, inamı və sevgisi prezident seçkilərinin nəticələrini müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, parlaq gələcəyə səs verdi.
Azərbaycan xalqının 2018-ci ildə Prezident cənab İlham Əliyevə göstərdiyi etimad Qələbəyə aparan yola inamın, yürüdülən siyasətə dəstəyin ifadəsi idi.
2018-ci il aprelin 11-də Azərbaycan xalqının Prezident cənab İlham Əliyevə göstərdiyi bu etmadın məntiqi nəticəsi kimi xalqımız bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.
Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 May 22:06

Gündəm
28 May 20:29

Xəbər lenti
28 May 19:47

Gündəm
28 May 19:43

Siyasət
28 May 19:40

Xəbər lenti
28 May 18:51

Gündəm
28 May 18:47

Xəbər lenti
28 May 18:05

Siyasət
28 May 17:39

Xəbər lenti
28 May 17:33

Gündəm
28 May 17:19

Gündəm
28 May 16:58

Xəbər lenti
28 May 16:28

Xəbər lenti
28 May 16:05

Siyasət
28 May 16:02

Gündəm
28 May 15:46

Xəbər lenti
28 May 15:42

Xəbər lenti
28 May 15:17

Siyasət
28 May 15:04

Gündəm
28 May 15:00

Xəbər lenti
28 May 14:09

Xəbər lenti
28 May 13:55

Sosial
28 May 13:00

Xəbər lenti
28 May 12:34

Xəbər lenti
28 May 12:30

Xəbər lenti
28 May 11:50

Gündəm
28 May 11:46

MEDİA
28 May 11:43

Ədəbiyyat
28 May 11:33

Xəbər lenti
28 May 10:48

İqtisadiyyat
28 May 10:41

Siyasət
28 May 10:34

Siyasət
28 May 10:19

Prezident bu gün
28 May 10:15

Siyasət
28 May 10:00

Siyasət
28 May 09:31

İqtisadiyyat
28 May 09:13

Xəbər lenti
28 May 00:22

Siyasət
28 May 00:19

Xəbər lenti
27 May 21:45

Siyasət
27 May 21:43

Gündəm
27 May 21:24

Xəbər lenti
27 May 19:07

Gündəm
27 May 18:49

Gündəm
27 May 18:47

Xəbər lenti
27 May 17:19

YAP xəbərləri
27 May 17:03

Xəbər lenti
27 May 16:56

Siyasət
27 May 16:38

Gündəm
27 May 16:36

Xəbər lenti
27 May 16:31

Xəbər lenti
27 May 16:30

Gündəm
27 May 16:26

Xəbər lenti
27 May 16:14

Siyasət
27 May 15:53

Xəbər lenti
27 May 15:53

Xəbər lenti
27 May 15:51

Gündəm
27 May 15:39

Siyasət
27 May 15:33

Siyasət
27 May 15:09

Gündəm
27 May 15:07

Xəbər lenti
27 May 14:53

Dünya
27 May 14:50

Xəbər lenti
27 May 14:41

Xəbər lenti
27 May 14:37

Xəbər lenti
27 May 14:29

Gündəm
27 May 14:25

Xəbər lenti
27 May 13:30

Xəbər lenti
27 May 13:20

Xəbər lenti
27 May 12:57
