Azad edilmiş ərazilərdə yenidənqurma proqramı uğula həyata keçirilir
30.06.2022 [15:05]
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri
Xeyli vaxtdır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhər və kəndlərində tikinti-quruculuq işlərinə start verilib. 44 günlük müharibə dövründə qələbənin təmin olunmasında, Azərbaycana qarşı aparılan böyük informasiya müharibəsinə cəsarətlə sinə gərilməsində olduğu kimi, bu gün aparılan bərpa işlərinə də şəxsən Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı son aylarda bütün ərazilərimizin bərpa olunacağı ilə bağlı, demək olar ki, hər bir çıxışında məlumat verib. Ali Baş Komandan Şuşada Cıdır düzündə təşkil olunmuş “Xarıbülbül” musiqi festivalının açılışında çıxışı zamanı da bildirib ki, azad edilmiş bütün torpaqlar bərpa ediləcək. Artıq bərpa işlərinə start verilib. Bu gün Şuşanın bərpası ilə bağlı verilmiş tapşırıqlar yerinə yetirilir. Quruculuq işlərinə, infrastruktur layihələrinin icrasına başlanılıb.
Dövlət başçısı hazırda azad edilmiş ərazilərdə ziyanın hesablanması, şəhərlərin baş planlarının hazırlanması işlərinin görüldüyünü qeyd edib: “Baş planlar təsdiq olunduqdan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik”.
Elə Şuşanın özündə də bərpa işləri başlayıb, Yuxarı Gövhərağa məscidi artıq təmir olunub. 1768-1769-cu illərdə inşa edilmiş Yuxarı Gövhərağa məscidi də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu. Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyulub. Ermənilərin işğalı altında olduğu dövrdə qurumuş “Xan qızı Natəvan” bulağı da artıq bərpa olunub. Prezident də Şuşada olarkən dedi ki, “biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik”.
Azərbaycan lideri mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri zamanı çıxış edərkən də ərazilərin bəprası məsələsinə toxunaraq bildirib ki, işğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Həmin ərazilərə çoxsaylı səfərləri zamanı avtomobillə hərəkət edərkən 400-450 kilometr yol boyu yalnız dağıdılmış şəhər və kəndlər görüb. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Erməni vandalları azərbaycanlıların inşa etdiyi evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayırdılar. Onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar. İşğal altındakı torpaqlarda 60-dan artıq məscid dağıdılıb. Məqsəd azərbaycanlıların heç vaxt o torpaqlara geri dönməsinə imkan verməmək olub.
Onu da qeyd etməliyik ki, bu günədək işğaldan azad olunmuş ərazilərdə xeyli tikinti-bərpa işləri görülüb. Artıq Füzulidən Şuşaya yeni avtomobil yolu çəkilir. Dövlət başçısı bu yolu Zəfər yolu adlandırıb. Yaxın vaxtlarda Bərdə-Ağdam yolunun çəkilişinə başlanacaq. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Martın 15-də Prezident Füzuli və Xocavənd rayonlarına növbəti səfəri zamanı yeni bərpa işlərinin anonsunu verdi. Səfər çərçivəsində bir sıra obyektlərin, o cümlədən, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Füzuli-Hadrut avtomobil yolu öz başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir.
Azərbaycan lideri həmin ərazilərə səfərləri zamanı həmişə dünyaya mesaj verib ki, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizi silməyə çalışıb. Amma buna nail ola bilməyib. Biz bu torpaqlara qayıtmışıq. Qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmışıq. Düşməni doğma torpaqlarımızdan qovmuşuq. Dövlət başçısı Xocavənd rayonuna gedərkən yol boyunca bütün yaşayış məntəqələrinin dağıdıldığını qeyd etdi: “İşğal dövründə gəlib bizim binalarımızı söküb, binaların daşlarını, damlarını aparıblar, oğru kimi, talançı kimi. Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb baxsınlar onların vəhşiliyinə. Onlar kimi müdafiə edirlər?!”
Azərbaycan Prezidenti İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindeni qəbul edərkən də bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub və gələcəyə baxmaq lazımdır. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb. Yenidənqurma proqramı həyata keçirilir. Ermənistanla Azərbaycan arasında kommunikasi-yaların açılması ilə bağlı danışıqlar prosesinə başlanılıb. Məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa dinamika gətirməklə yeni imkanlar yaradacaq.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
16 Avqust 18:49

İdman
16 Avqust 17:16

Xəbər lenti
16 Avqust 16:39

Dünya
16 Avqust 16:25

Xəbər lenti
16 Avqust 15:57

Xəbər lenti
16 Avqust 15:43

Xəbər lenti
16 Avqust 15:22

Xəbər lenti
16 Avqust 14:25

Xəbər lenti
16 Avqust 14:20

Xəbər lenti
16 Avqust 14:05

Avropa
16 Avqust 13:42

Dünya
16 Avqust 13:37

Dünya
16 Avqust 13:23

Xəbər lenti
16 Avqust 13:12

Xəbər lenti
16 Avqust 12:34

Xəbər lenti
16 Avqust 12:21

Xəbər lenti
16 Avqust 12:19

Xəbər lenti
16 Avqust 12:18

Xəbər lenti
16 Avqust 12:16

Siyasət
16 Avqust 12:14

Xəbər lenti
16 Avqust 12:06

Xəbər lenti
16 Avqust 11:55

Xəbər lenti
16 Avqust 11:47

Dünya
16 Avqust 11:45

Xəbər lenti
16 Avqust 11:39

Xəbər lenti
16 Avqust 11:37

Xəbər lenti
16 Avqust 11:26

Xəbər lenti
16 Avqust 11:14

Xəbər lenti
16 Avqust 11:00

Ədəbiyyat
16 Avqust 10:58

Ədəbiyyat
16 Avqust 10:55

Mədəniyyət
16 Avqust 10:54

Xarici siyasət
16 Avqust 10:51

Sosial
16 Avqust 10:50

Xəbər lenti
16 Avqust 10:48

Xəbər lenti
16 Avqust 10:46

Xarici siyasət
16 Avqust 10:45

Sosial
16 Avqust 10:43

İqtisadiyyat
16 Avqust 10:41

İqtisadiyyat
16 Avqust 10:30

MEDİA
16 Avqust 10:23

Siyasət
16 Avqust 10:19

İqtisadiyyat
16 Avqust 10:16

Prezident bu gün
16 Avqust 10:14

Siyasət
16 Avqust 10:11

Analitik
16 Avqust 10:08

Gündəm
16 Avqust 10:01

İdman
16 Avqust 09:06

Xəbər lenti
15 Avqust 20:56

Xəbər lenti
15 Avqust 18:50

İdman
15 Avqust 17:45

Xəbər lenti
15 Avqust 17:08

Xəbər lenti
15 Avqust 15:43

Dünya
15 Avqust 15:26

Xəbər lenti
15 Avqust 15:25

Xəbər lenti
15 Avqust 15:23

Xəbər lenti
15 Avqust 15:21

Xəbər lenti
15 Avqust 15:14

İdman
15 Avqust 14:21

Xəbər lenti
15 Avqust 13:44

Dünya
15 Avqust 13:12

Xəbər lenti
15 Avqust 12:30

Xəbər lenti
15 Avqust 11:43

Xəbər lenti
15 Avqust 11:16

Xəbər lenti
15 Avqust 11:08

Xəbər lenti
15 Avqust 10:53

Prezident bu gün
15 Avqust 10:28

Xəbər lenti
15 Avqust 10:24

Xəbər lenti
15 Avqust 10:11

Siyasət
15 Avqust 10:07
