Dəmir yumruq yerində və güclü olduğu müddətdə biz hədəflərimizə addım-addım yaxınlaşacağıq
15.08.2022 [10:31]
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qarabağın statusu müəyyən edilmişdir
Müəllif məqalələri Avq 15, 2022 0 17 Oxu siyahısına əlavə edin

Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının sədri
Cənubi Qafqaz regionu artıq sülhün və əməkdaşlığın mərkəzinə çevirilməkdədir. Tarix boyu Rusiya imperiyasının cənub sərhədlərində yerləşən bu ərazi indi müstəqil siyasət yürüdən və yeni reallıqların formalaşdığı bölgədir. Azərbaycan yerləşdiyi regionun inkişafında yeri gəldikdə siyasi, iqtisadi, ictimai, yeri gəldikdə isə hərbi təsir gücünə malik olduğunu dəfələrlə sübut edib. Bir faktı demək yerinə düşür ki, Gürcüstanın inkişafında Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin və nəqliyyat yollarının böyük əhəmiyyəti vardır. Əgər rəsmi İrəvan doğru mövqe seçsəydi, analoji inkişaf meyilləri Ermənistanla da həyata keçirilə bilər və regionumuz çox böyük tərəqqi yolu keçmiş olardı. Lakin 30 illik işğal hər üç dövləti geriyə saldı. Azərbaycan alternativ yollar tapdı və inkişaf etdi. İndi Qarabağ müharibəsinin bitməsi və Ermənistanla normal münasibətlərin yaradılmaq imkanlarının formalaşması möhkəm sülhə ümidləri artırır. Təəssüf ki, bəzi hallarda ermənilərin tarixi xüsusiyyətlərini təkrar etməsi faktları ilə də qarşı-qarşıya qalırıq. Ən yumşaq ifadə ilə hoqqabazlıqları bitməsə, bu cəmiyyət daha böyük itkilər verməyə davam edəcəkdir.
Prezident cənab İlham Əliyevin dövlət kanalına verdiyi müsahibə bir daha Azərbaycan xalqının, dövlətinin və ordusunun qətiyyətinin ifadəsi olmuşdur. Prezident bir çox sahəyə öz münasibətini bildirsə də Laçın istiqamətində həyata keçirilmiş qısamüddətli, lakin güclü təsirə malik əməliyyat xüsusi ilə əhəmiyyətlidir. Əlbəttə, ölkənin taxıla, buğdaya olan ehtiyacı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər vacib amillərdir. Ölkəmiz bu istiqamətdə lazımi işlər görür. Lakin ərazi bütövlüyümüzün təminatı, sülhün tam mənada bərpası həm də azad olunmuş torpaqlarda əkinçilik və maldarlığın inkişaf etdirilməsi ilə ərzaq təhlükəsizliyinə verilmiş töhfə olacaqdır. Bu prosesə artıq başlanmışdır.
Avqust ayının əvvəlində Laçın istiqamətində on səkkiz yaşlı əsgərimizin şəhid edilməsi və buna verilən ən sərt cavab, növbəti dərs dəmir yumruğun yerində olmasını sübut edən amil idi. “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Ermənistan cəmiyyəti və havadarları bizim gücümüzü bilməmiş deyillər. Onlar Vətən Müharibəsi dövründə və daha sonra həyata keçirdiyimiz hərbi əməliyyatlar zamanı gücümüzü gördülər. Sadəcə bu qısamüddətli əməliyyatlar erməni “unutqanlığını” aradan qaldırmağa xidmət edir.
Prezidentin də dediyi kimi Azərbaycanın qarşısında ciddi hədəfləri və bu hədəfləri həyata keçirmək üçün gündəliyi mövcuddur. Ölkəmiz qarşısına qoyduğu bütün hədəflərə çatır və ciddi uğurlar əldə edir. Bizi heç bir siyasi, iqtisadi, hərbi qüvvə saxlaya bilməz və bilmirlər də. Ölkəmiz öz ərazisində istədiyi qanuni addımı ata bilər. Əlbəttə, üç dövlət arasında imzalanmış bəyanat həyata keçirilməlidir. Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinə və erməni terrorçu ünsürlərə məxsus silahlı dəstələr qalmamalıdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasını almadı, eyni zamanda da çoxlu sayda erməni yaraqlılarının ərazidən çıxarılmasına səbəb oldu. 100 min nəfərdən çox orduya malik Azərbaycanı heç bir qüvvənin, bəyanatın, açıqlamanın durdura bilmədiyini bütün dünya gördü.
Azərbaycan keçmiş Dağlıq Qarabağ vilayətini 1991-ci ildə ləğv etmişdir. 2021-ci ilin iyul ayının 7-də isə Qarabağ İqtisadi rayonu yaradılmaqla ən yüksək səviyyədə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qarabağın statusu müəyyən edilmişdir. İndi kimsə Qarabağa hər hansı bir statusundan danışırsa, deməli, ilk növbədə ermənilərin düşməni hesab olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfensiyalı, tolerant bir dövlətdir. Necə Azərbaycanın digər vətəndaşları, eləcə də ermənilər ölkə ərazisində yaşayacaqlar. Prezidentin bu mövqeyi əslində Ermənistan cəmiyyətinə çox əhəmiyyətli bir ismarıcıdır. İndi Qarabağda yaşayan ermənilər Azərbaycana daha çox inanmağa başlayıblar. Onlar gördülər ki, nə rəsmi İrəvan, nə Rusiya sülhməramlıları onların problemlərinin həllində yardım edə bilmir. Azərbaycan isə onlara yeni və keyfiyyətli yol çəkir, onların qazla təminatını həyata keçirir, təhlükəsizliyini təmin edir.
İndi məlum olur ki, yeni Laçın yolunun keçdiyi ərazilərdə son 6 aydan çox müddətdə heç bir sülhməramlı yox imiş. Qəribə vəziyyət yaranıb. Kim kimi kimdən qoruyur, məlum deyil. Azərbaycanlılara tikilmiş yola görə minnətdarlığını bildirən Qarabağ ermənilərinin nəinki qorunmağa, heç bir vasitəyə ehtiyacları yoxdur. Həm Laçın şəhərinin boşaldılması, həm yeni yolun son dörd km məsafəsinin çəkilişi üçün Qarabağ erməniləri özlərinin dövlətlərinə, yəni Azərbaycana birbaşa müraciət edə bilirlər. Bu hadisə çox vacib və təqdirəlayiq haldır. İctimai və xalqlar arasında olan diplomatiya ən effektiv üsuldur. Başqa bir yolları da yoxdur. Bütün nicatları Azərbaycana olan bu insanlar anlamalıdırlar ki, gələcək inkişafları məhz Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bir sözlə, dəmir yumruq yerində və güclü olduğu müddətdə biz hədəflərimizə addım-addım yaxınlaşacağıq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

