Ermənistana növbəti ciddi xəbərdarlıq
16.08.2022 [11:14]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində şanlı Ordumuz Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərsi verdi. Ermənilərin və erməni diasporunun illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. 44 gündə 30 ilin işğalına son qoyuldu, ən əsası BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edildi, ərazi bütövlüyümüz bərpa olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqlarından və təhlükəsizliyindən gedir ki, bunlar da Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün öhdəliklərinin yerinə yetirilməsi istiqamətində addımlar atır. Amma Ermənistan hələ də tərəddüdləri ilə diqqət çəkir. Atdığı addımlar ərazi iddialarından əl çəkmədiyini təsdiqləyir. Görünür, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi unudub. Unutsa da “Qisas” əməliyyatı onlara növbəti dərs oldu. Belə ki, bu əməliyyat qısa müddətli olsa da çox təsirli cəza tədbiri kimi tarixə yazıldı və Ermənistana bir daha bu mesajı çatdırdı ki, “Dəmir yumruq” yerindədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibəsi, çıxışları Ermənistana ciddi mesajlar və xəbərdarlıqlarla zəngindir. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bildirdi ki, dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar: “Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir, bu barədə çox danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur”.
Reallıq budur ki, Qarabağ münaqişəsi tarixə qovuşub. Azərbaycan sülh modelini təqdim edib. Ermənistan sülh müqaviləsini imzalamaqla həm regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, yeni əmkdaşlıq formatlarının yaradılmasına töhfə verə, həm də özünün iqtisadi vəziyyətini yaxşılaşdıra bilər. Yəni, onun üçün yaxşı imkan, daha dəqiq desək, son şans yaranıb. 44 günlük İkinci Qarabağ müharibəsindən aldığı dərsi unudub növbəti təxribatı törətməyə cəhd etsə də qarşılaşdığı “Qisas” əməliyyatı sonrakı vəziyyət barədə aydın təsəvvür yaradır. Belə ki, əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Azərbaycan öz torpağında istənilən əməliyyatı istənilən zaman apara bilər.
İkinci Qarabağ müharibəsindən ötən iki ilə yaxın dövrdə Prezident İlham Əliyevin elə bir nitqi, müsahibəsi yoxdur ki, Ermənistana “Dəmir yumruğ”un yerində olması xatırladılmasın. Dünya gücləri yeni reallıqları qəbul edir, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Ermənistanla Azərbaycan arasında münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Postmünaqişə dövrünün reallıqları ilə bağlı müzakirələrdə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel görüşlərinin sonunda qəbul edilən sənədlərdə belə nə “Dağlıq Qarabağ” ifadəsi, nə də ATƏT-in Minsk qrupu dilə gətirilir. Azərbaycan öz torpaqlarına qovuşub, bu ərazilərdə bərpa-quruculuq işlərini apardığı bir zamanda söhbət ancaq sülh müqaviləsinin imzalanmasından, münasibətlərdə yeni səhifənin açılmasından gedə bilər. Müzəffər Ali Baş Komandanın bəyanatlarında bu çağırış da xüsusi yer turur ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə, Azərbaycan da Ermənistana qarşı ərazi iddiaları qaldıracaq.
Ermənistan ona verilən şansı düzgün dəyərləndirməli və qısa zamanda sülh danışıqlarına başlanması istiqamətində addım atmalıdır. Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrün reallığı budur ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Prezident İlham Əliyev müsahibədə bir daha bildirdi ki, gələcəyə nikbinliklə baxıram: “Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

