Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır

Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır

06.09.2022 [10:55]

Prezident İlham Əliyevin beynəlxalq təşkilatların yüksək tribunasında irəli sürdüyü qlobal səviyyəli təşəbbüslər beynəlxalq aləm tərəfindən rəğbətlə qarşılanır və yüksək səviyyədə dəstəklənir. Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik Prezident İlham Əliyev dünyada böyük hörmət və nüfuz sahibi olan lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla təmsil və müdafiə edir. Fəxarətlə deyə bilərik ki, dövlətimizin başçısı dünyada dərin analitik təfəkkürə və siyasi iradəyə malik lider kimi qəbul olunur.

     Sentyabrın 2-də Möhtərəm Prezident  cənab İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük marağa səbəb oldu.  Səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açıbdır.

  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  beynəlxalq forumda iştirakı  ölkəmiz  üçün  ayrıca  mühüm hadisədir, çünki beyin mərkəzi tərəfindən ənənəvi olaraq təşkil edilən forumlar daim dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Eyni zamanda bu, Avropanın geosiyasi və geoiqtisadi maraqları daxilindəki prioritet məsələlərin müzakirə edildiyi mötəbər bir platforma hesab edilir.

    Prezident cənab  İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin də qatıldığı budəfəki tədbir hazırda Avropada o qədər də sadə olmayan tarixi bir mərhələdə baş tutdu. Avropanın şərqində yaşanan müharibə kontekstində həm siyasi birlik, həm iqtisadi-maliyyə münasibətləri, həm də enerji təchizatı və təhlükəsizliyi olduqca kritik bir mərhələdən keçir. Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil edilmiş yüksək kürsüdən verdiyi mesajlar təkcə Azərbaycan-İtaliya münasibətlərinin gələcəyi baxımından deyil, bütövlükdə ölkəmizin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından da vacib əhəmiyyət kəsb edir.

Forumdakı çıxışı zamanı İlham Əliyev iştirakçıların diqqətinə çatdırdı ki,  Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi olub və artıq ölkəmizin təsdiqlənmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Son dövrdə isə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihə mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir

Bu forum dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi bir mərkəz kimi tanınır. Ölkəmizin rəhbəri forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli mesajlar verməklə, həm yeni durumun real mənzərəsini yaratdı, həm də yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini diqqətə çatdırdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan Prezident cənab İlham Əliyev  bildirdi ki, ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürüb və bunu uğurla gerçəkləşdirib. Bundan başqa, ölkə rəhbəri artan ehtiyacı təmin etmək üçün hazırda sıx əməkdaşlığa və əlaqələndirməyə ciddi ehtiyac olduğunu, bu məqsədlə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verildiyini diqqətə çatdırıb.

İtaliya səfəri Prezident İlham Əliyevin yürütdüyü siyasətin qlobal miqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzunun bariz təcəssümü kimi tarixə düşdü. Bu səfər göstərdi ki, iki dövlət arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcəkdə əlaqələrin daha da şaxələnməsinə yol açacaq.

     Prezident İlham Əliyev bu gün dünya liderləri sırasında uğurlu siyasəti və qətiyyəti ilə ölkəsini yüksək səviyyədə təmsil edir. Hazırda Azərbaycan özünün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Tarixə dövlətçiliyimizin qızıl dövrü kimi düşəcək bu yüksəlişin müəllifi Prezident cənab  İlham Əliyev və ona bu gücü verən Azərbaycan xalqıdır.

YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31