Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur
20.09.2022 [15:14]
Azərbaycan 30 ilə yaxın işğal dövrünü yaşadı. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan, amma artıq tarixə qovuşan Qarabağ münaqişəsi bir çox məqamlara aydınlıq gətirdi. Belə ki, Azərbaycan bu illər ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözlədi. Ən yüksək tribunalardan dünyaya bu çağırışlar edildi ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. Təəssüflər olsun ki, bu çağırışlara biganə münasibət, Ermənistana dəstək 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına gətirib çıxardı. Ermənistanın hərbi təxribatlarının davamlı hal alması, bu təxribatlar nəticəsində yaşanan itkilərimiz dövlətimizin, xalqımızın səbr kasasını doldurdu. İki il bundan öncə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutmasına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə başlanan əks-hücum əməliyyatı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Məğlubiyyətlə barışmaq istəməyən Ermənistanda revanşist siyasət manipulyasiya vasitəsinə çevrildi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirməyən Ermənistanın Azərbaycanla sərhəddə mütəmadi olaraq təxribatlar törətməsi, atəşkəsi pozması diqqətdən kənarda qala bilməz. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın revanşist niyyətindən əl çəkmədiyini nümayiş etdirdi. Hadisələr onu göstərir ki, Ermənistan regionda gərginliyi davam etdirməkdə maraqlıdır.
Dövlət başçısı İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə sentyabrın 16-da fəxri qonaq qismində iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında bir daha bu məqamlara diqqəti yönəldərək bildirdi ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dövlət başçısı İlham Əliyev çıxışında tarixi Zəfərimizin perspektivlərindən də bəhs edərək bildirdi ki, Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Bugünümüzün əsas məsələsi məhz regionda sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır ki, Ermənistan hələ də konkret addım atmaq barədə düşünmək istəmir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel görüşlərində bugünümüz və gələcəyimiz üçün mühüm addımlar atılsa da, yəni, Ermənistanın baş naziri Nikol Paşinyan tərəflərin biri-birinin ərazi bütövlüyünü tanımasını nəzərdə tutan 5 prinsipi qəbul etdiyi, sülh müqaviləsinin imzalanması məqsədilə hər iki ölkənin xarici işlər nazirlərinin danışıqlara başlamasını dəstəkləsə də görüşdən çox keçmədən sərhəddə erməni silahlı qüvvələrinin təxribat törətməsi təcavüzkar dövlətin yeni planlar hazırladağı barədə qənaətə əsas verir. Bu təxribatların fonunda dünya gücləri yalnız narahatlıqlarını bəyanatları ilə ifadə edib, konkret addım atmaq istəmirsə, təbii ki, Azərbaycan dövləti sərt münasibətini bildirəcək. Dövlət başçısı İlham Əliyevin Səmərqənd Sammitində səsləndirdiyi mesajlar da bunu təsdiqidir.
Sözügedən Sammit tarixi Zəfərimizin reallıqlarının əksər güclər tərəfindən qəbul olunub bu istiqamətdə fəaliyyət göstərmələri ilə yanaşı, digər güclərin hələ də Ermənistana dəstəkdən irəli gələn susmalarına bir daha aydınlıq gətirdi. Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədlərinə diqqət yetirdikdə böyük nüfuza malik olan bu regional təsisatın bugünümüz üçün əsas çağırışı açıqlanır. Səmərqənd Sammitinin nəticələri göstərdi ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri bundan sonra daha da güclənəcək. Dövlət başçısı İlham Əliyev bu tribunadan bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

