Qələbəyə aparan yol
30.09.2022 [10:54]
Etibar Hacıyev
Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri
İki il bundan əvvəl İkinci Qarabağ müharibəsini yaşadıq. 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan sülh danışıqlarına imitasiya naminə qatılaraq planlarını həyata keçirmək üçün vaxt qazanmaq istəyini törətdiyi təxribatlarla təsdiqlədi. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları da deyilənlərin təsdiqidir.
27 Sentyabr- Anım Günündə dövlət baçısı İlham Əliyev Füzuli rayonuna səfər etdi. Təbii ki, bu səfər özündə İkinci Qarabağ müharibəsinin hansı istiqamətdən başlaması barədə aydın təsəvvür yaradır. Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra çıxış edərkən Prezident İlham Əliyev bir daha tarixi Zəfərimizə gedən yoldan geniş bəhs etdi. Bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının qisası döyüş meydanında alındı.
Azərbaycan Ordusu 44 gündə hər gün irəli gedərək hər birimizi qürurlandırır, torpaqlarımızın işğaldan azad edilərək, ərazi bütövlüyümüzün bərpa olunacağı günün çox yaxında olduğuna böyük inam yaradırdı. Elə də oldu. 44 gün davam edən Vətən müharibəsinin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini azad edən Ordumuz noyabr ayının 8-də alınmaz qala-Şuşanı azad etməklə tariximizin ən möhtəşəm səhifəsini, Zəfər Gününü yazdı. 44 günün hər günü ilə bağlı təqdim olunan xronologiyaya diqqət yetirdikdə bu Qələbələri hansı sevgi ilə qazandığımızın şahidi olur, Azərbaycan gənclərinin silaha sarılaraq torpaqlarımızı işğldan azad etmək istəklərini reallıqda təsdiqləmələrindən böyük fəxr hissi keçiririk. Dövlət başçısı, Müzəffər Ali Baş Komandanın xalqa müraciətlərinin hər biri bir rayonun, qəsəbənin, yaşayış məntəqəsinin, strateji yüksəkliklərin azad edilməsi ilə xarakterizə olunurdi. Şuşanın azad edilməsi 30 illik işğala son qoyulduğunun, Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Prezident İlham Əliyevin xarici mətbuata müsahibələrində qeyd etdiyi kimi, Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşa azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın dirçəldiləcəyini böyük qürur hisi ilə qeyd etdi. Bu gün Şuşa, həmçinin bütün işğaldan azad edilmiş ərazilərimiz dirçəlir.
Dövlət başçısı İlham Əliyev Füzuli rayonuna səfəri zamanı çıxşında bu məqamı bir daha vurğuladı ki, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Müzəffər Ali Baş Komandanın çıxışında bu çağırış da əsas yer tutdu ki, şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər kəs özünə söz verməli, and içməlidir ki, müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.”
Zəfərə aparan 44 günlük yol xalqımızın torpaq həsrətinə son qoydu, düşmən tapdağı altında olan, erməni vəhşiliklərinin, vandallığının şahidi olan, tarixi sahibinə qovuşacağına inamını itirməyən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Ermənilərin 30 il yaratdıqları miflər 44 gündə tamamilə dağıdıldı. Sübut olundu ki, ermənilərin və ermənipərəst dairələrin Azərbaycan Ordusu barədə “zəif” görüntü yaratmaq cəhdləri əsassızdır, maraqlarına xidmət edən dezinformasiyadır. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Möhtəşəm Qələbədən sonra bu gün işğaldan azad edilmiş ərazilərimiz həyatının ən xoşbəxt günlərini yaşayır. Torpaqlarımız azaddır, dirçəldilməsi istiqamətində sistemli tədbirlər görülür. Zəfərimizin yaratdığı yeni reallıqlar ölkəmizin qarşısında geniş imkanlar açır. Azərbaycan sabaha yeni hədəflərlə addımlayır. Qalib Azərbaycanın vətəndaşı olmaq böyük qürurdur. Şuşada bir araya gələrək Zəfər Qurultayını keçirən dünya azərbaycanlıları bu gün Qələbəmizin sevincini yaşamaqla postmünaqişə dövrünün onların qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün səylər göstərirlər. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dünyaya uğurları ilə səs salan, inkişaf modeli nümunə göstərilən qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58

