/ / Azərbaycan Türkiyə və Türkmənistan əməkdaşlığı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirəcəkdir
Azərbaycan Türkiyə və Türkmənistan əməkdaşlığı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirəcəkdir
15.12.2022 [11:51]
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq türkdilli ölkələrə etdiyi səfərlər də məhz bu məqsədə xidmət edir. Artıq xəbər verildiyi kimi, dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər edib. Zirvə Görüşündə geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu da etibarlı əməkdaşlığın ən gözəl nümunələrindən biridir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Türkiyə ilə əlaqələri geniş masştablı, bərabərhüquqlu əsaslara malikdir. Bütün məsələlərdə bir-birinin yanında olan, siyasi, iqtisadi, mədəni əlaqələrini daim inkişaf etdirən iki ölkə qardaşlıq münasibətlərinə böyük önəm verir. Bu mənada 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
Azərbaycanın həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir.
Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Şurasının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirilməsinə imkan yaradaraq, Şuranın inkişaf perspektivlərinə xidmət edir. Belə ki, BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su daşımalarından iki dəfə qısa vaxta və hava daşımalarından iki dəfə ucuz vəsaitə başa gəlir. İqtisadi əlaqələrin inkişaf dinamikası da göstərir ki, əlaqələrin bu səviyyədə inkişafı daha geniş perspektivlər vəd edir.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.
Cənab Prezidentin nitqində göstərildiyi kimi tarixi gerçəklik olan Zəngəzur Dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı anti-Turan təbliğatına mühüm zərbədir. Burada xüsusi qeyd edilməlidir ki, ermənilər xristian ölkələrindəki lobbi qrupları vasitəsilə uzun müddət idi ki, Qafqazda xristian-vassal dövlətin qurulmasının vacibliyini vurğulayır, Turan bəhanəsini gətirərək öz geosiyasi çəkilərini artırmağa cəhd edirdilər. Lakin 2020-ci ilin payızında Qarabağda müharibənin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi, Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbə olacaq və bir sıra dövlətlərin baxış bucaqlarında ermənilərin indiyə qədər olan “əhəmiyyəti” xeyli azalacaq.
Zirvə Görüşündə Türkmənistanla Azərbaycanın imzaladığı 5 sənəddə göstərilən müddəalar, nəzərdə tutulan bütün layihələr, eləcə də Qazaxıstan - Türkmənistan - İran və Özbəkistan - Türkmənistan - İran - Oman dəmiryolları şəbəkələri ilə Azərbaycan, Türkiyə və Türkmənistan arasında olan nəqliyyat şəbəkələrindən ortaq istifadə, Mərkəzi Asiya - Yaxın Şərq arasında yerləşən bu iki ölkəyə yeni tranzit imkanları yaradır. Bu da öz növbəsində Şərq və Qərb arasında mərkəz mövqedə yerləşən Türk Şurası dövlətlərinin tranzit imkanlarını artırmaqla, onlara iqtisadi, siyasi, nəqliyyat-tranzit və rəqəmsal sferada yeni dividentlər qazandırır. Beləliklə, Azərbaycan, Türkiyə və Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlığın mümkün inkişafı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirəcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

