Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan xalqının öz Liderinə olan sevgisi və inamı bizi yeni qələbələrə, yeni zirvələrə aparacaq

Azərbaycan xalqının öz Liderinə olan sevgisi və inamı bizi yeni qələbələrə, yeni zirvələrə aparacaq

26.12.2022 [14:15]

Dövlətçilik tarixində zamanın gedişini dəyişə bilən, onun yeni tarixini yaradan lider həlledici rol oynayır. Hər dövlət dünya tarixində tutduğu yerə görə öz tarixi liderlərinə borcludur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri onu birmənalı şəkildə Liderə çevirib. Çox olmazları reallığa çevirən, bir millətə başucalığı gətirən, onu qələbədən-qələbəyə aparan cənab prezident tarixdə belə şərəfli ada layiq olduğunu dəfələrlə sübut etmişdir. Ümummilli Lider Heydər Əliyevin ailəsində doğulan, mükəmməl təhsilə, geniş dünyagörüşünə, mahir diplomatik bacarıqlarına görə seçilən, dövlət idarəçiliyinin bütün sahələrində pillə-pillə irəliləyərək cəmiyyət və xalq tərəfindən dəstəklənən belə liderlər tarixdə barmaqla sayılacaq qədər azdır. Sözü və imzası qədər etibarlı olan cənab İlham Əliyev nəinki öz xalqı, eləcə də dünyaca məşhur siyasi rəhbərlər tərəfindən sevilən bir şəxsdir. Çünki onun sözünə sadiq, mərd və qətiyyətli olduğu birmənalı şəkildə qəbul olunur. Çünki o, gücünü xalqdan alır. Çünki o, zamanın dahi Liderlərindən biri olan Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi və layiqli davamçısıdır.

Hələ 2003-cü ildə Ulu Öndər xalqa müraciətində deyirdi ki “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”;

Və bu inam xalqı İlham Əliyevə etimad göstərmək üçün kifayət elədi. Cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin səsini alaraq ölkəmizə rəhbərlik etməyə başladı.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu mərhələ bütün sahələri əhatə edən genişmiqyaslı və davamlı islahatlarla xarakterizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Bu xüsusda xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmatik lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün. Belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər böyük, əzəmətli və bəxtəvərdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə xoşbəxtdirlər. Məsələyə bu kontekstdə yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə Prezidentini sevir ki, O, son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.

İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

İlham Əliyev Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasında apardığı dərin islahatlar nəticəsində  partiyanın  cəmiyyətdəki nüfuzu daha da möhkəmləndi, partiyanın təşəbbüsləri ölkəmizin siyasi sisteminin təkmilləşməsində əhəmiyyətli rol oynadı və bu iş getdikcə daha da təkmilləşir.  770 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı), 6 628 ərazi partiya təşkilatı mövcuddur. Hazırda YAP-ın 773 770 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən edir.

Bu gün əminliklə demək olar ki. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır.

Ordu quruculuğu sahəsində Ulu öndərin başlatdığı işləri uğurla davam etdirən cənab İlham Əliyev bu  işin də öhdəsindən məharətlə gəldi. İndi beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman Ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Eləcə də bu ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatdan sonra başlayan hərbi əməliyyatlar zamanı işğalçı ölkənin ordusuna ağır zərbələr endirildi.

Sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. 

Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi qiymətləndirilir. Möhtərəm Prezident İlham Əliyev yeni dövrü quruculuq, inkişaf dövrü kimi xarakterizə etmişdir. Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoymuşdur. Söhbət işğaldan azad olunan ərazilərimizin yenidən qurulması ilə yanaşı, regionda yeni proseslərin başlanmasından gedir. İşğaldan azad olunmuş ərazilərimizin bərpası və dirçəldilməsi, məcburi köçkünlərimizin öz dədə-baba torpaqlarına təhlükəsiz şəkildə qayıtması ilə yanaşı, ölkəmizdəki inkişaf dinamikasının qorunub saxlanılması, əhalinin sosial-müdafiəsinin və rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq mövqelərinin daha da genişləndirilməsi, təhlükəsizlik və sərhədlərimizin möhkəmləndirilməsi kimi vacib məsələlər də qarşıdakı dövrdə ölkəmizin əsas prioritetləri sırasında olacaqdır.

Bəli, bu gün Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun cənab İlham Əliyev kimi görkəmli dövlət xadimi, qüdrətli, güclü, dünyada böyük nüfuza və hörmətə malik milli Lideri var. Azərbaycan xalqının öz Liderinə olan sevgisi və inamı bizi yeni qələbələrə, yeni zirvələrə aparacaqdır. Bu sevgi  və inam isə tarix durduqca var olacaqdır!

Rüstəm Nağıyev,


YAP Gədəbəy rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28