Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Növbəti “Qayıdış” Qərbi Azərbaycana olacaq!

Növbəti “Qayıdış” Qərbi Azərbaycana olacaq!

29.12.2022 [11:24]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.Bildirildi ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.Məlumat verildi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

 Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşdə qeyd etdi ki, Azərbaycan həqiqətləri davamlı olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi olub, şəhərsalma adı altında bütün tarixi binalar, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. İndiki Ermənistan Azərbaycan torpağıdır və bu ərazidə heç vaxt Ermənistan olmayıb. Belə ki, bütün başqa millətlər qovulmuş, başqasının torpağında Ermənistan dövləti qurulmuşdur.Odur ki, tarixi faktları və mövcud həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün vahid formada informasiya fəaliyyəti həyata keçirilməli, Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Bu rəqəmsal platformada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalı və bunun əsas hədəfi qərbi azərbaycanlıların öz əzəli torpaqlarına qayıdışı olmalıdır. Ölkə başçısı bu əsasda fikir bildirərkən onu da qeyd etdi ki, mütləq Qayıdış Konsepsiyası hazırlanmalı və bu sülhsevər konsepsiya olmalıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalarda məqbul olan müddəaları götürüb onun əsasında öz hüququnu tələb etməlidir.

Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı doğma torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edildikdən sonra həmin ərazilərdə quruculuq işləri aparılır. İnfrastruktur layihələri ilə bərabər, tarixi-mədəni abidələrimiz də bərpa olunaraq əvvəlki simasına qaytarılır. Bundan başqa, qonşu dövlətlərdəki olan arxiv sənədlərinin araşdırılması, əzəli torpaqlarımız olan İrəvanda və Zəngəzurda və digər ərazilərdə Azərbaycana aid tarix-mədəniyyət abidələrlə bağlı tədqiqatın həyata keçirilməsi, bunun nəticəsində nəşrlərin çap edilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində də vacib addımlar atılır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Təssüflər ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır.

Biz Qarabağa və Şərqi Zəngəzura qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq.

 YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28