Ermənsitan Avropada enerji təhlükəsizliyi üçün başlıca əngəllərdən biri olaraq qalır
26.01.2023 [15:32]
Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı həmişə olduğu kimi bu dəfə də böyük maraqla qarşılanmışdır. Müzakirə olunan məsələyə dair sualları cavablandıran cənab Prezident bugünkü reallıqlar baxımından Azərbaycanın mövqeyini, ölkədəki investisiya mühitini və dünyada gedən prosesləri şərh edərək həyata keçirilən layihələrin əhəmiyyətini qeyd etmişdir. Orta Dəhliz layihəsinin gerçəkləşməsində Azərbaycanın öhdəsinə düşən və həyata keçirilən nəhəng işləri qeyd edən ölkə başçısı istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün ilkin şərtlərdən biri kimi nəhəng layihədə iştirak edən ölkələrin öz aralarında yaxşı münasibətlərə malik olmasını qeyd edərək hazırda regionda layihənin iştirakçısı olan Türkiyə və Gürcüstanla yüksək əlaqələrin olduğunu bildirmişdir.
Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı artıb. (Ukrayna, Rumıniya və Polşa) Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır. Hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı gücləndirir. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların daha təhlükəsiz və qısa zamanda həyata keçirilməsi üçün mövcud nəqliyyat-tranzit potensialından geniş şəkildə istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.
Forumdakı çıxışında Azərbaycanın yük qəbul etmə imkanlarının getdikcə artmasına diqqəti yönəldən ölkə başçısı qeyd etmişdir ki, artıq limanlarımızın yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.
Bu ildən etibarən təkcə Türkmənistandan yox, Qazaxıstandan da neftin tranzitininin edilməsi dəhlizin, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialının mövcudluğunu ortaya qoymuşdur.
Cənab Prezident layihənin arzu edilən səviyyədə gerçəklıəşməsi üçün vacib şərtlərdən biri kimi zəruri əməkdaşlıq istiqamətində addımların əhəmiyyətini qeyd etmiş və demişdir: ““Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.” Qeyd edilmişdir ki, nəqliyyat sahəsi ixracımızı şaxələndirməyəimkan verəcək. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.
Layihə iştirakçısı olan dövlətlərin qarşılıqlı münasibətləriə diqqəti yönəldən ölkə başçısı bildirmişdir: “Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub”
Artıq öz enerji təhlükəsizliyini təmin edən Azərbaycan indi enerji ixracatçısına çevrilib. Bu gün Azərbaycanın Avropaya enerji ixrac etmək imkanları mövcuddur. İndiki şəraitdə Azərbaycanın bu imkanlarının genişləndirilməsi ölkəmizin siyasi mövqeyinə də ciddi təsir edir. Azərbaycan Avropada ciddi tərəfdaş kimi qəbul edilir. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından birdir. Cənab Prezident Avropanın enerji təhlükəsizliyindən bəhs edərkən söylədiyi : “Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü”-deyə bildirmiş və bundan sonra da görüləcək işlərin miqyasının artacağını söyləmişdir.
Ermənistanın Forumda olmamasının səbəbinə toxunan cənab İlham Əliyev bunun günahkarının da Ermənistanın özünün olmasını əsaslandırıb. Sülh sazişlərindən imtina edən bir ölkə olaraq əslində həm qlobal layihələrdən kənarda qalmaqla iqtisadi cəhətdən zəifləyir, həm də Avropada enerji təhlükəsizliyi üçün başlıca əngəllərdən biri olaraq qalır. Hər halda bu barədə Avropa və Ermənistanın himayədarları düşünsələr yaxşı olar.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

