Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində “Xalqın xilaskarı”  mövzusunda görüş keçirilib

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində “Xalqın xilaskarı”  mövzusunda görüş keçirilib

10.02.2023 [11:40]

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Korarx kənd ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Xalqın xilaskarı”  mövzusunda görüş keçirilib. Görüş iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidllərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Korarx kənd ərazi partiya təşkilatın sədri Rahim Əhmədov ulu öndərin həyat və fəaliyyəti haqqında danışıb, xalqımızın öz xilaskarını heç zaman unutmayacağını bildirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqil dövlətimiz naminə misilsiz işlər gördüyünü və ömrünü Azərbaycan xalqına xidmətə həsr etdiyini vurğulayıb.

Partiya fəallarından Günel Məmmədova və Dilarə Nəbiyeva çıxışlarında Yeni Azərbaycan Partiyasının banisi, dahi şəxsiyyət Heydər Əliyevin təhsil, elm və mədəniyyət sahəsində olan misilsiz xidmətlərindən söz açıblar. Partiya fəalları bildiriblər ki, ölkəmizin gələcək inkişafı naminə hər zaman Prezident İlham Əliyevin ətrafında birləşəcək və öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklər.

Görüşün sonunda partiya sıralarına yeni qəbul olunmuş bir neçə nəfərə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 438 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31