Tarix şahiddir
16.02.2023 [16:30]
Fevralın 6-da dost, qardaş Türkiyədə baş verən təbii fəlakət Azərbaycanı da sarsıtdı. Bu dəhşətli faciə nəticəsində on minlərlə insan həyatını itirdi, yaralandı və dağıntılar altında qaldı. Zəlzələnin nəticələri hər birimizin kədərinə çevrildi. Xalqlarımız bu ağır gündə bir daha həmrəylik nümayiş etdirdilər. Zəlzələ baş verdiyi ilk saatlardan Azərbaycan dövləti və xalqı qardaş ölkənin kədərinə şərik oldu. Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində oldu və bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi.
Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sözdə deyil, əməldədir. Dünya hər zaman bu birliyin, həmrəyliyin şahididir. Bu fikir beynəlxalq səviyyədə də təsdiqlənir ki, Azərbaycan və Tükiyə qədər dünyada biri-birinə yaxın ölkələr yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. 44 günün hər anını xalqımızla birgə yaşayan Türkiyə xalqı tarixi Zəfərimizin sevincini də eyni şəkildə yaşadı, bundan böyük qürur hissi keçirdi.
Bu qardaşlığa şahidlik edən illərə nəzər salarkən bir daha böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlətik” fikirlərinin reallıqda əksini tapdığını görürük. Azərbaycan dövləti, xalqı da daim bu çağırışı edir ki, Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.
Türkiyədə baş verən dəhşətli zəlzələ bu kədərin də birgə yaşandığını göstərir. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq atılan addımlar göz qabağındadır. Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çağırışlarını yüksək səviyyədə dəyərləndirən xalqımız səfərbər oldu, qardaş ölkəyə yardımlarda fəal iştirak edir. Günümüzün əsas çağırışı budur: “Qardaş Türkiyə, yanındayıq!”
Bütün Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə dəstək olur. Bir daha sübut olunur ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Türkiyə-Azərbaycan bir yumruq, bir ürək, bir candır. Türkiyə və Azərbaycan dövləti, xalqı belə görür və hər zaman da belə olacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

