Azərbaycan regionda elekrtik enerjisinin də ixracatçısına çevrilir
17.02.2023 [17:09]
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyması ölkəmizin dünya enerji mərkəzlərindən biri kimi gücünə güc qatacaq.
Bunu açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, generasiya güclərinin artırılması, habelə elektrik enerjisi ilə təchizatda etibarlılığın və dayanıqlılığın gücləndirilməsi, son illər Azərbaycanda yeni elektrik enerjisi layihələrinin inşa edilməsi bölgənin enerji təhlükəsizliyinə ölkəmizin əvəzsiz ərməğanıdır. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa edilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən inşa olunan 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməlinin qoyulması, Qarabağ və Şərqi Zəngəzurda yeni generasiya güclərinin yaradılması, ardınca yeni təməli qoyulan 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyası ölkəmizin enerji potensialını daha da gücləndirəcək.
Prezident cənab İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib ki, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin.
Yeni elektrik stansiyasının Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd edən dövlət başçısı vurğulayıb ki, Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Aydındır ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə həyata vəsiqə alan “Cənub qaz dəhlizi"nin reallaşması bütövlükdə Avrasiya regionunun enerji xəritəsində mühüm dəyişiklik etdi. Tarixi enerji dəhlizi ilə Xəzərdə hasil olunan təbii qaz tarixdə ilk dəfə alternativ marşrutla Avropa bazarlarına çatdırıldı. Hazırda Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya kimi dövlətlər Azərbaycan qazının alıcılarıdır.
Azərbaycanın enerji sistemində 1280 meqavatlıq yeni, nəhəng, müasir standartlara cavab verən elektrik stansiya ölkədə karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq. Bu da ətraf mühitə çox böyük fayda verəcək.
Ramil Orucov onu da qeyd edib ki, təməli qoyulan 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyası həm də Azərbaycan-İtaliya münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. Azərbaycanla İtaliya arasındakı yaxın münasibətlər 44 günlük Vətən müharibəsi dövründə də öz təsdiqini tapmışdı.
Xatırladaq ki, müharibə günlərində İtaliyada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul edilmişdi. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyən İtaliya şirkətləri hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və bərpasında fəal iştirak edirlər.
Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması bir də onu təsdiq etdi ki, Azərbaycan regionda elekrtik enerjisinin də ixracatçısına çevrilir- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10

