Almaniyada görüşlərin ana xəttini Azərbaycanın enerji potensialı ilə bağlı mövzular təşkil edib
17.03.2023 [11:38]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Almaniya Federativ Respublikasına işgüzar səfəri iki ölkə arasında yeni iqtisadi münasibətlərin formalaşacağından xəbər verir. Azərbaycan Prezidentinin həm Almaniya rəsmiləri, həm də aparıcı alman şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə səslənən fikirləri göstərir ki, Almaniya iş adamları tərəfindən Azərbaycana və Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır. Görüşlərdə əsas diqqət çəkən məqamlar Azərbaycanın enerji potensialına xüsusi diqqət yetirilməsidir. Prezident İlham Əliyev cənabları enerji layihələrindən bəhs edərək deyir: “Layihələrin enerji potensialı 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır”. Əslində bütün görüşlərin ana xəttini Azərbaycanın enerji potensialı ilə bağlı mövzular təşkil edib. Rusiya Ukrayna qarşıdurması fonunda Azərbaycanın köhnə qitə üçün əhəmiyyəti daha da artıb. Təbii ki, bunun səbəbi 1994-cü ildən bəri ardıcıl həyata keçirilən uğurlu enerji siyasətdir. Bir vaxtlar inanılmayacaq işləri gerçəyə çevirən Azərbaycan bu dəfə dünya arenasında yeni ampluada çıxış edir. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə, iqtisadi vəziyyətinin düzəlməsinə, eləcə də yeni texnologiyaların ölkəmizə gətirilməsinə xidmət edirdisə, yeni enerji potensialı köhnə qitənin enerji təhlükəsizliyinin təminatçısına çevriləcəyindən xəbər verir. Prezident İlham Əliyev haqlı olaraq deyir: “Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır”. Azərbaycan son illərə kimi bütün dünyada neft ölkəsi kimi tanınıb. Son illərdə həmçinin qaz ehtiyatlarının dünya bazarına çıxarılmasına da öz töhfəsini verdi. İndi isə yeni mərhələ başlayır. Azərbaycan yaxın gələcəkdə yaşıl enerjinin ixracına başlayacaq. Bu isə öz növbəsində ölkəmizin iqtisadi inkişafına yeni töhfələr verəcək. Prezidentdə qeyd edir ki, günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Yaşıl enerjinin dünya bazarına ixracı dünyanın ekoloji fəlakətdən qurtarmağa xidmət edir. Azərbaycan həmçinin tranzit ölkə funksiyasını da uğurla yerinə yetirə bilir. Bu mənada ölkə başçısı çox qürurla qeyd edir ki, təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. “Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq”. Yuxarıda qeyd olunanlar Azərbaycanın enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlığının perspektivlərindən xəbər verir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15

