Yeni idarəetmə modeli ölkəmizdə həyat keçirilən ən mühüm islahatlardan biridir
03.04.2023 [16:48]
“Laçın rayonu ölkəmizin ən böyük və strateji əhəmiyyətli rayonlarından biridir. Laçın rayonunun tarixi, coğrafi mövqeyi, təbiəti, iqtisadiyyatı olduqca zəngindir. Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi və həmin ərazilərimizdə misli görünməmiş vandalizm siyasətini həyata keçirməsi nəticəsində Laçın rayonu işğal altına salınaraq vəhşicəsinə talan edilmişdir. Ermənilərin və onların havadarlarının etniktəmizləmə, talançılıq, terrorizm siyasətinin başlıca məqsədi isə saxta “Böyük Ermənistan” yaratmaq iddialarını gerçəyə çevirmək üçün daha çox əraziləri zəbt etmək, eləcə də həmin ərazilərdə azərbaycanlıların tarixi izlərini, soykökünü silməkdən ibarətdir. Məhz buna görə ermənilərin məkrli əməlləri sərhəd tanımamış və bütün rayon, onun kəndləri yerlə yeksan edilmişdir”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilmiş Məsim Məmmədovu qəbul edərkən səsləndirdiyi fikirlərlə bağlı münasibətini çatdıran rayon təşkilatının sədrinin sözlərinə əsasən Laçının işğalı AXC-Müsavat cütlüyünün çirkin xəyanətinin nəticəsidir. Ölkəmizdə hakimiyyət üstündə baş verən çəkişmələr, AXC-Müsavat tandeminin yarıtmaz siyasəti və xarici qüvvələrin diqtəsi ilə hərəkət etmələri onların əsl xəyanətkar xislətindən xəbər verir. Təəssüflər olsun ki, bu xəyanətkarlıq, anti-milli siyasi xətt ölkəmizi çox böyük fəlakətlər və itkilərlə üz-üzə qoydu. 30 ilə yaxın idi ki, xalqımız torpaqlarımızın itkisinin ağrı-acısı ilə yaşayırdı. Eyni zamanda 1992-1993-cü illərdəki itkilərimiz Laçınla yekunlaşmadı. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi 20 faiz ərazimizin düşmən tərəfindən işğal edilməsinə gətirib çıxardı. Bu işğal Azərbaycanda çox ciddi siyasi, iqtisadi böhrana səbəb oldu. Ölkəmiz vətəndaş müharibəsi ilə üz-üzə qaldı. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik baş alıb getdi.
Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışdır: “1994-cü ildə imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağa aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13.500-ə çatmışdı. Ermənilər özlərinə saxta tarix yaradaraq tarixi Azərbaycan torpaqlarının guya onların özlərinə məxsusluğunu göstərməyə çalışırdılar. Lakin bütün tarixi mənbələr, faktlar ermənilərin mənfur əməllərini ifşa edirdi”.
Nəhayət 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın sərhədboyu ərazilərimizdə törətdiyi növbəti təxribatlara cavab olaraq başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbə qazanması, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşanın işğaldan azad edilməsi tariximizin unudulmaz zəfər salnaməsidir. Ermənilərin məğlubiyyətə uğradılması, tarixi torpalarımızın azad edilməsi təkcə 30 illik Vətən həsrətinin sonu deyildi, eyni zamanda xalqımızın ləyaqətlə apardığı qisas əməliyyatı, sınmış qürurumuzun, təhqir olunmuş heysiyyatımızın dirçəldilməsi idi. Bu qalibiyyət dövlətimizin, xalqımızın və ordumuzun gücünün, qüdrətinin, qətiyyətinin, Vətən sevgimizin təntənəli sübutu idi. Bu zəfər Ermənistanın təslimçi kapitulyasiya aktına imza atmasının əsası idi: “Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanat ilə Laçın rayonu Azərbaycana təhvil verildi. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi Laçın rayonu da əvvəlki görkəminə qaytarılır. Orada yenidənqurma işləri sürətlə davam edir. Azərbaycan dövləti Laçın rayonunda həyat şəraitinin tam bərpa edilməsi üçün bütün gücünü və əzmini səfərbər edib. Biz inanırıq ki, Laçın rayonu tezliklə gülüstana çevriləcək, oradan didərgin salınmış soydaşlarımız öz doğma yurdlarına geri qayıdacaqlar. Bu tarixi qayıdış tezliklə baş verəcək və bütün dünya Azərbaycanın qətiyyətinin bir daha bariz nümunəsini görmüş olacaq. Xüsusilə qeyd etmək lazımdır ki, azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması yeni təsisat olmaqla yanaşı, müasir idarəetmə modelinin uğurlu tətbiqidir. Bu təsisat son illərdə ölkəmizdə həyata keçirilən uğurlu islahatların mühüm tərkib hissəsidir”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47

