Xalqın seçimi
07.04.2023 [16:09]
Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olan 11 aprel 2018-cil ilin növbədənkənar Prezident Seçkiləri ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı hesab edilir. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev səsvermədə iştirak etmiş seçicilərin çox böyük əksəriyyətinin səsini qazanaraq yenidən ölkə Prezidenti seçildi. Tamamilə şəffaf, demokratik qaydada baş tutmuş 11 aprel Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının idarəsini özündə əks etdirib. Beynəlxalq və yerli təşkilatların seçkidən öncə keçirdikləri rəy sorğuları, seçki günü isə keçrilmiş “exit-poll”lar da seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bundan əlavə, beynəlxalq rəylərdə də Azərbaycanda keçirilmiş növəbədənkənar Prezident seçkilərinin yüksək səviyyədə baş tutduğu qeyd olunmuşdur.
11 aprel 2018-cil ilin növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqı 2003-cü ildən etibarən ölkədə görülmüş işlərə, eyni zamanda ölkənin gələcək inkişafına səs vermiş oldu. Cənab İlham Əliyev 2003-2018-ci illər ərzində ölkəmizdə həyata keçirdiyi düşünlümüş uğurlu siyasəti ilə xalqın etimadını doğrultmuşdur. Bu illər ərzində ölkənin beynəlxalq nüfuzu davamlı olaraq artmış, Azərbaycan regionun ən güclü dövlətinə, dünyada isə söz sahibinə çevrilmişdir. Həyata keçirilən davamlı islahatlar ölkəmizin dayanıqlı inkişafına hədəflənmiş və insanların sosial rifah halı yaxşılaşdırılmışıdr. Özünün iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda hər bir sahədə inkişafa nail olunmuş, neft-qaz sektoru ilə paralel olaraq qeyri-neft sektoru da inkişaf etdirilmişdir. Yaradılan yeni iş yerləri sayəsində ölkədə işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, həyata keçirilən sosial siyasət nəticəsində isə yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmişdir. 2003-2018-ci illər ərzində ölkədə maaşların təxminən 7 dəfə, pensiyaların isə 10 dəfədən çox artırılması da ölkənin iqtisadi gücündən xəbər verir.
Əldə edilən bütün uğurlar ölkə başçısının davamlı olaraq həyata keçirdiyi kadr və struktur islahatlarından qaynaqlanır. Məhz buradan irəli gələrək Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınmışdır. 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində də dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Belə ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşmış və MDB məkanında liderliyini qoruyub saxlamışdır.
2003-2018-ci illərdə Azərbaycanda hər bir sahədə davamlı inkişaf qeydə alınmışdır. Paytaxt Bakı ilə yanaşı regionların da inkişafı dövlət başçısının nəzarətində olmuş, yol-nəqliyyat və sosial infrastruktur müasir dövrün tələblərinə uyğun yenidən qurulmuş, davaml abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Əhalin içməli suya, təbii qaz və elektrik enerjisinə olan təlabatının ödənilməsi və kommunal xidmətlərin dayanıqlılığının təmin edilməsi üçün ciddi işlər görülmüş, çoxlu sayda layihələr həyata keçirilmişdir.
Prezident cənab İlham Əliyevin 2003-2018-ci illərdə həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə hər bir sahə davamlı olaraq inkişaf etmişdir ki, bu sahələrdən biri də idman sahəsidir. Bu illər ərzində böyük idman uğurları əldə olunmuş, Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başlamışdır. Ölkə idmanı və idmançılarına göstərilən xüsusi diqqət-qayğı sayəsində idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Bundan əlavə, həmin illər ərzində Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli idman tədbirlərinə də ev sahibliyi etmişdir ki, onlardan Avropa və İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımıdr.
Azərbaycan xalqı 2003-2018-ci illərdə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi misilsiz işlərə əsaslanaraq 2018-ci ilin 11 aprelində keçirilən Prezident Seçkilərində də bir daha ona səs verdilər. Bu seçkilərdə xalqın yekdilliklə cənab İlham Əliyevə səs verməsi həmçinin müstəqil Azərbaycanın parlaq gəlcəyinə verilmiş səslərdir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

