Azərbaycanın neft yataqları xalqımızın ən böyük milli sərvətidir
26.04.2023 [12:29]
Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının -Sədri
Azərbaycanın zəngin təbii sərvətləri içərisində neft əsas yer tutur. XIX əsrdən başlayaraq Bakı və ətraf ərazilərdə çıxan qara qızıl elə ilk vaxtlardan bir çox Qərb ölkələrinin diqqətini çəkib. Məhz bunun nəticəsidir ki, həmin vaxtdan bir çox qərb şirkətləri Azərbaycana gəldi. 90-ci illərin əvvəlində Sovet imperiyasının dağılması, respublikaların müstəqillik əldə etməsi, eyni zamanda SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə saldı. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi.
1993-cü ilin yayında Azərbaycanın çətin günlərində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkənin iqtisadi yüksəlişinə nail olmaq üçün neft amilini önə çəkdi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və bütün geostrateji çətinliklərə baxmayaraq,qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və "Yeni neft strategiyası" tez bir vaxtda işlənib hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Böyük inkişafın başlanğıcı sayılan bu müqavilə tarixə “Əsrin müqaviləsi”kimi düşdü. Bu saziş ümummilli lider Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının əzəmətli təntənəsinin başlanğıcı oldu.
"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması, Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk, Gürcüstanın Supsa, Türkiyənin Ceyhan limanlarına neft kəmərlərinin çəkilməsi, neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı Azərbaycanın karbohidrogen resurslarının işlənməsinin intensivləşməsinə və yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı. Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verməklə yanaşı, "İpək yolu"nun və türkdilli ölkələrin də əsas magistral kəməri hesab edilir. Eyni zamanda Azərbaycan həm də dünya qaz bazarında aparıcı rollardan birinə yiyələnmək istiqamətində addımlar atmağa başladı, Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı. Hazırda Azərbaycan qazının Avropa ölkələrinə nəqli ilə bağlı TAP, TANAP və digər layihələri həyata keçirilir, bütün bunlar da sonda Azərbaycanın dünya qaz bazarında aparıcı rola yiyələnməsini şərtləndirəcək. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu oynayıb, ona yeni nəfəs verib.
Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi məqsədilə yaradılan Neft Fondunun eyni zamanda ölkə əhəmiyyətli bir çox layihələrin həyata keçirilməsində əvəzsiz rolu olub.
Bu gün əminliklə deyə bilərik ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan güclü iqtisadiyyatı olan dövlətə çevrilmiş, dünyanın qabaqcıl ölkələri sırasında dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyat bundan sonra da Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında olduğu kimi həyata keçiriləcək. 44 günlük Vətən müharibəsində şanlı Zəfər salnaməsi yazan Azərbaycan dövləti bundan sonra da adını bütün dünyaya güclü dövlət kimi yazdıracaqdır.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

