Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rola malikdir

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rola malikdir

28.04.2023 [18:34]

Məlum olduğu kimi, aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfər etmişdir. Səfər çərçivəsində dövlətimizin başçısı  Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyev  mərasimdə çıxış edərək Bolqarıstan və Azərbaycanın sadəcə strateji tərəfdaş olmadığını, əsl dost ölkə olduğunu vurğuladı. “Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq” deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.

Prezident İlham Əliyev məlumat verərək bildirdi ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Bu bir reallılqdır ki, “Anlaşma Memorandumu”nun imzalanması bu gün Azərbaycanın Avropa İttifaqına təbii qazın təchiz edilməsi marşrutunun formalaşması istiqamətində atılmış olduqca mühüm addımdır.

“Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır” deyən Prezident İlham Əliyev gələcək planlara da toxunaraq bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Azərbaycanın Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı, yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesində olduğunu, qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirməyi planladığını vurğuladı. Ölkə başçıs birgə geniş planların icrasında “Həmrəylik Halqası”nın mühüm rol oynayacağına əmin olduğunu bildirdi.

Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən əhəmiyyətli görüşlər bir daha təsdiq edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizlik məsələsində getdikcə daha önəmli rol oynayır. Bundan əlavə, Avropada strateji mövqeyə sahib olan ölkələr Azərbaycanla əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31