Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu Öndər Heydər Əliyev “dünənin, bu günün və sabahın partiyası”nı yaratdı

Ulu Öndər Heydər Əliyev “dünənin, bu günün və sabahın partiyası”nı yaratdı

08.05.2023 [11:12]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zaman müddətində iqtidar partiyasına çevrildi. Qarşıda isə ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi hədəflər dayanırdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gələn kimi atdığı qətiyyətli addımlar nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, böhran vəziyyətindən çıxdı.

Yeni Azərbaycan Partiyası tariximizin son dərəcə ağır və keşməkeşli günlərində ölkəmizin  ciddi sınaqlara məruz qaldığı bir dövrdə Heydər Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış, və Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırması, dövlətçiliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna cıxarılması üçün gərgin fəaliyyət göstərmişdir.

Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin rəhbərliyi altında yarandığı gündən ölkəmizin inkişafı naminə əlindən gələni etməyə çalışmışdir və Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirmişdir.

Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçərək xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib. Azərbaycanımızın inkişafı və rifahı naminə öndə olan bu siyasi partiya xalqımızı uğurlu gələcəyə aparır.

Yeni Azərbaycan Partiyasının ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəlmişdir. Yeni Azərbaycan Partiyası ən başlıcası isə onun yaradıcısı və rəhbəri olan Ulu Öndərimiz Heydər Əliyevə sədaqətli insanlar siyasi fəallıq göstərərək bu yoldan dönmədilər.

Heydər Əliyevin siyasi hakimiyyətə qaydışından sonra Azərbaycanın inkişafında yeni inkişaf mərhələsi başladı.

Yeni Azərbaycan Partiyası Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Bu gün cənab Prezdent İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır və Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevirilib.

Xalqımız əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident cənab İlham Əliyevin ugurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Yeni Azərbaycan Partiyası Umummilli liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ugurlara imza ataraq şərəfli inkşaf yolu keçmişdir.

Ötən müddətə nəzər salsaq Ulu öndər Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyini, nəinki ölkənin hətta Cənubi Qafqaqzın aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi olarıq.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31