Heydər Əliyevin Azərbaycan xalqının həyatında rolu misilsizdir
15.05.2023 [11:32]
10 may 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu gün Prezident cənab İlham Əliyevin tarixi Şuşa şəhərindən xalqa müraciəti böyük əhəmiyyət kəsb edirdi. Çünki böyük şəxsiyyət olan Ümummilli Lider Şuşanı Azərbaycanın incisi adlandırır və tezliklə işğaldan azad olunmasını arzulayırdı. Ulu öndər söyləyirdi ki, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir” və onun ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Cənab Prezident də öz müraciətində bunu xüsusi olaraq qeyd eləmişdir: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.”
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq”, - söyləmiş və İlham Əliyevi siyasi varis elan etmişdi. Bu hadisə 2003-cü ilin payızında olmuşdu. Düz 17 il sonra isə yenə payızda Prezident İlham Əliyev böyük strateq Heydər Əliyevin uzaqgörən dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi və Ali Baş Komandan, strateq sərkərdə olaraq işğalçı Ermənistanın yenidən atəşkəsi pozaraq torpaqlarımıza olan təcavüzünə qarşı Azərbaycan Ordusuna əks-hücuma keçmə əmrini verdi. Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı silah gücünə azad etdi. Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan tarixi hadisə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və dövlət sərhədlərinin bərpa olunması baş verdi. Dəmir yumruqla başı əzilən düşmən 10 noyabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş Naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı”nı - faktiki olaraq kapitulyasiya aktını imzalamağa məcbur edildi və ərazi bütövlüyümüz təmin edildi. Beləliklə, Ali Baş Komandana inanan və güvənən cəsur Azərbaycan əsgərləri canları bahasına 30 illik işğala son verdi. Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük İkinci Qarabağ Müharibəsində Böyük Qələbəsi Ümummilli Lider Heydər Əliyev siyasi irsinin layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təntənəsi oldu.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən qısa zaman ərzində geri qaytarılması hazırda bu ərazilərdə bərpa prosesinin başlanmasına zəmin yaradıb. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Torpağın əsl sahibləri onu dirçəldənlərdir. Ermənistan 30 ildə apardığı dağıdıcılıq fəaliyyəti ilə heç nəyə nail ola bilmədi. Tarixin bütün dönəmlərində - keçmiş də, bu gün də, gələcək də qurucuların olub. Müzəffər ordumuz düşmənin layiqli cavabını verdi, torpaqlarımızı azad etdi. Bu yurdların əzəli-əbədi sahibi olan Azərbaycan bu gün də öz tarixi missiyasına sadiqdir. İndi də qurub yaradır və Qarabağın, Şərqi Zəngəzurun, ümumən, Cənubi Qafqazın tarixində yeni səhifə açır.
Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqının həyatında rolu misilsizdir. Bu gün Azərbaycan xalqının böyük oğlunun ruhu şaddır. Bu gün əcdadlarımızın ruhu şaddır. Müstəqil Azərbaycanın qurucu Prezidenti, xalqın qəhrəman övladı, mahir Sərkərdə İlham Əliyevin Şuşadan Azərbaycan xalqına etdiyi müraciətdə səsləndirdiyi fikirlər bir daha xalqımızın, dövlətimizin nə qədər güclü olduğunu sübut etdi.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

