Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qurtuluşdan Zəfərə gedən yol

Qurtuluşdan Zəfərə gedən yol

13.06.2023 [11:21]

Azərbaycanın 1993-2003-cü illərdə sürətli inkişafı bugünki reallıqların bünövrəsidir 
 
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi  

 
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 1990-cı illərin sonlarında müstəqillik qazanmaq fürsəti əldə edən Azərbaycan çox keçmədi ki, onun itirilməsi təhlükəsi ilə qarşılaşdı. 1993-cü ilin iyununda ölkədəki hakimiyyət böhranı kulminasiya həddinə çatdı və anarxiya ölkədə adi hala çevrildi. Ölkədə vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalar milli varlığımızı məhv edəcək səviyyədə təhlükələrə yol açdı. Vəziyyəti düzgün qiymətləndirə bilməyən ovaxtki iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. 
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə lider, məhz Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Azərbaycan xalqı da, məhz Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Beləliklə 
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimaisiyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.  

Beləliklə, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Bununla bu mühüm tarixi gün xalqımızın tarixi yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. 

Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin uğurlu fəaliyyəti sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu günü-günə artan dövlətinə çevrilib. Builki Milli Qurtuluş Günü  bir də əvvəlki illərdən ona görə fərqlənir ki, Azərbaycanın illərdir işğal altında inləyən torpaqları, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında başladılan azadlıq müharibəsi nəticəsində öz azadlığına qovuşdu. Ali Baş Komandanın bir çağırışı ilə “dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı, sözün əsil mənasında qəhramanlıq salnaməsi yaratdı. Azərbaycan öz əzəli torpaqlarını mənfur düşməndən azad edərək dövlət müstəqilliyini, bütövlüyünü daha da şərtləndirdi. Bununla da Ulu Öndərin özü qədər inandığı doğma övladına etdiyi ata vəsiyyəti yerinə yetirilmiş oldu. 
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şuşa şəhəri işğalldan azad edilən gün Heydər Əliyevin məzarını ziyarət edərək bir övlad kimi ata vəsiyyətini yerinə yetirdiyini əks etdirən çıxışı ilə Azərbaycanın yeni tarixini yazdı. İnanırıq ki, bu yeni tarixdə dövlətimiz və xalqımız Ali 
Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində yenə də böyük zirvələr fəth edəcək, Ümummilli Liderin bizlərə əmanət etdiyi Azərbaycanı daha böyük zəfərlərə yetişdirəcək. 

Biz də YAP Qubadlı Rayon Təşkilatı olaraq bütün xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edir, bu günü bizə ərmağan edən Ümumilli Liderimiz Heydər Əliyevi hörmət və ehtiramla anaraq ,müasir Azərbaycanımızın gələcək inkişafinda böyük uğurlar arlayırıq!

Milli Qurtuluş Günün mübarək, Qalib  Azərbaycan! 
 
Təhmasib Rüstəmov 
YAP Qubadlı Rayon Təşkilatının sədri

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31