Hüseyn Cavid irsinin böyük himayəçisi
21.06.2023 [11:37]
Vətənpərvərlik mövzusu Azərbaycan romantik ədiblərinin də əsərlərində mühüm yer tutur. Böyük şair və dramaturqumuz Hüseyn Cavidin yaradıcılığında da bu ideya güclüdür. Vətənpərvər şair Hüseyn Cavid özünün məslək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətənpərvərlik ideyasını yeni forma, yeni məzmunla ifadə edib. Cavidin vətənpərvər qayəli əsərlərinin pedaqoji cəhətdən tədqiqi, təhlili sübut edir ki, onun vətənpərvərlik ideyaları zorakılığa, istismara, ədalətsizliyə, cəhalətə, nadanlığa qarşı çevrilmiş, doğma vətənin, xalqının taleyi və həyatı ilə bağlı olan, sinfi səciyyə etibarilə mütərəqqi məna daşıyan həqiqi vətənpərvər duyğularıdır. Hüseyn Cavidin 1907 və 1917-ci illərdə "Vətən" mövzusuna müraciət etməsi, məhz dövrün ictimai-siyasi hadisələri ilə bağlı idi. Bu şeir və əsərlərin mətbuatda dərc edilməsi ("Füyuzat", "Açıq söz", "Qardaş köməyi" və s.) onu sübut edir ki, şair-müəllim gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük əhəmiyyət verib. Onun vətənpərvərlik hissləri aşılayan əsərlərinin tədqiqi göstərir ki, vətənpərvərlik Hüseyn Cavidə görə gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əməkçi insanlarına, dilinə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını belə Vətən uğrunda əsirgəməmək ruhunda tərbiyə olunmasından ibarətdir. O əsərlərində sadəcə, tərənnüm yolu ilə getməmiş, bu müqəddəs hissin mahiyyətini araşdırmaq, gənc nəslə çatdırmaq imkanlarını göstərmişdir. Hüseyn Cavidin vətənpərvər ruhlu əsərlərinin pedaqoji cəhətdən tədqiqi və təhlili xalq şairinin vətənpərvərlik hissləri aşılayacaq əsərlər qarşısında qoyduğu müasir tələblərə tamamilə uyğun gəldiyini sübut edir. Onun bir sıra şeirlərində Odlar Diyarı Azərbaycan özünün zəngin təbiəti, dumduru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri, gülləri, ağacları, nəhrlər, hətta kiçik suları, gözəl ormanları, əməksevər insanları ilə hər bir yeniyetmə və yaşlı oxucunun gözü qarşısında canlanır.
Cavid o zamankı vəziyyəti Azərbaycan üçün dözülməz sayırdı. O, Vətən övladlarını Ana Vətənin tərəqqisi uğrunda çalışmağa, vüsət tapmağa dəvət edir. Vətənin mədəni, ictimai-siyasi inkişafdan geridə qalması və Azərbaycan xalqının məhkum bir millət halına düşməsini şair ağır dərd kimi qarşılayırdı. Hüseyn Cavid qeyd edirdi ki, hər bir vətənpərvər şəxs Vətənin, xalqın azad, xoş gələcəyi uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi, məhz Vətən övladlarından Vətəni, xalqı müdafiə edən mərd, mübariz vətənpərvər yetişdirmək idi. Cavid əsərlərində vurğulayır ki, Vətənimizə göz dikənlərə layiqincə cavab verən igid, qəhrəman mübariz oğullar az deyil. Bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa, şeirə, sənətə, maarifə, məktəbə, təlim və tərbiyəyə həsr edən yüksək amallar sahibi Hüseyn Cavid istər doğma Vətənində, istərsə də, onun hüdudlarından kənarda olsa belə, doğma yurdunu ana kimi, ata kimi sevmiş, onun nəfəsiylə, oduyla isinmişdi. Şair Vətən övladlarına deyirdi ki, "bu Vətən bir sevimli validədir". Hələ Vətənimiz Azərbaycanda ulduz parlayanda, Qərb əhli cahillik dövrü keçirirdi. Vətəni sonsuz məhəbbətlə sevən, Vətən eşqiylə alovlanan Hüseyn Cavid onun sevincini öz sevinci, kədərini öz kədəri bilirdi. Hələ yaradıcılığının ilk çağlarında "Salik" təxəllüsü ilə yazdığı bir qəzəlində Vətənə olan odlu məhəbbətini, alovlu sevgisini poetik dildə belə izhar edirdi. Bu gün, Hüseyn Cavidin əsərləri orta və ali məktəblərdə tədris edilir. Orta məktəbin təkmilləşdirilmiş proqramlarında onun əsərlərinin geniş yer tutması da vətənpərvər şairin yaradıcılığına verilən yüksək qiymətdir.
Yuxarıda qeyd olunanları, Hüseyn Cavid irsinin böyük himayəçisi olan Ümummilli Lider Heydər Əliyevin fikri ilə tamamlamaq yerinə düşərdi. Ulu Öndər Heydər Əliyev Hüseyn Cavid və onun irsi ilə bağlı belə deyir: "Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur".
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxMEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40

