Azərbaycan gəncliyi gücü Heydər Əliyev ideyalarndan alır
29.08.2023 [16:40]
Hər bir millətin yaşaması, inkişafı və gələcəyinin etibarlı təminatı sağlam, əqidəli, vətənpərvər , bilikli gənclərdən çox asılıdır. Hakimiyyətdə olduğu bütün dövrlərdə Ümummilli Liderimiz Heydər Əliyev bunları nəzərə alaraq hər zaman gənclərin mənəvi inkişafına,vətənpərvərlik tərbiyəsinə, ölkə üçün layiqli vətəndaş kimi yetişməsinə, xarici ölkələrdə təhsilinə, onların sosial müdafiəsinə xüsusi diqqət göstərmişdir. Ulu Öndər gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin vacib və zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edərək gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar imzalamış, dövlət proqramları qəbul etmişdir.Həmin qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir. “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var.” - deyən Ümummilli Liderimizin Azərbaycan gənclərinə olan ümidləri özünü doğrultdu. Bu gün gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirməkdədir. Vətən müharibəsi və ona qədərki döyüşlərdə Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan Ordusunun əsgər və zabitləri işğal altında olan torpaqlarımızı azad etdilər. Bu yolda son damla qanına kimi vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Bu bir daha sübut etdi ki, gənclərimizin vətənpərvərlik ruhu çox yüksəkdir və bu gün bütün Azərbaycan xalqı, o cümlədən gənclər Ali Baş Komandanımızın çağırışına hər zaman hazırdır və istənilən vaxt Vətənin müdafiəsinə qalxa biləcək qətiyyətdədirlər.
Fəxrlə deyə bilərik ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edən, bilikli, təhsilli sağlam həyat tərzi keçirən, mənəvi, milli dəyərlərimizə daim söykənən, ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək bacarığı olan gənclərimiz vardır. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Möhtərəm Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın böyük rolu vardır. Gənclərimiz də öz növbəsində Ulu Öndərin nəsihətlərinə əməl etməlidirlər. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının xoş - firavan gələcək yolu kimi qəbul etməlidir. Gənclərimiz ölkəmizin tarixini, ana dilimizi yaxşı bilməli, milli - mənəvi dəyərlərimzi, adət - ənənələrimizi dərindən öyrənməlidir. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsindən, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizə qələbələr qazandıran müdrik siyasətindən güc alan Azərbaycan gəncliyi bütün sahələrdə bu gün ölkəmizi dünyada layiqincə təmsil edirlər. Dünyanın nüfuzlu ali məktəblərində minlərlə azərbaycanlı gənclər təhsil alır ki, onlar mövcud Azərbaycan həqiqətlərini təbliğ edirlər. Təbii ki, bu prosesdə müstəqil dövlətimizin gənclərə güclü dəstəyi vardır. İndi Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Öz gücünü Heydər Əliyev ideyalarndan alan Azərbaycan gəncliyi bu gün həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Dünyanın bu qarışıq dövründə hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənclər Ümummilli Liderimizın irsinə daim sadiq qalaraq, Dahi Rəhbərin “Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək, Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında narahat olmamalıyıq.” nəsihətinə əməl etməlidir.
Elvira Əfəndiyeva
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19

