İmişlidə anım günü qeyd olunub
27.09.2023 [18:29]
İmişli rayon Şəhidlər Xiyabanında “27 sentyabr - Anım günü” qeyd olunub. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin Başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və təşkilat nümayəndələri, İmişli rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, rayon ziyalıları, partiya fəalları, müxtəlif mətbuu orqanların nümayəndələri iştirak ediblər.
Anım mərasimi şəhidlərin məzarı üzərinə gül dəstələri və abidə önünə əklillərin qoyulmasından sonra Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirib ki, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var - Şəhidlik zirvəsi. Bu zirvəyə ucalmaq hər insana nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilirlər. İgid oğullarımız bu qəhrəmanlığı, mübarizliyi 27 sentyabr 2020-ci ildə başlayıb, 10 noyabr 2020-ci ildə düşmənin darmadağın edilməsi ilə başa çatan İkinci Qarabağ müharibəsində gedən qanlı döyüşlər zamanı bütün dünyaya nümayiş etdirdilər. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın həmrəyliyi və Ordumuzun gücü sayəsində qazanılan tarixi Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə 30 illik yurd həsrətimizə son qoyuldu.
Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətənimiz uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-si Anım Günü kimi Azərbaycanın bütün ərazi bölgələrində, şəhər və rayonlarında, o cümlədən İmişli rayonunda da qeyd edilir. Cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu ordunu darmadağın edərək, böyük tarixi qələbəyə nail oldu. Artıq Qarabağ Azərbaycan xalqı üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə sonsuz minnətdarlığımızı ehtiramla bildiririk.
Digər çıxış edənlər qeyd etdilər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Vətən övladları şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

